Şərqi Azərbaycanda elektrik enerjisi istehsalı kəskin azalıb

07.01.2022, 15:22

Bu barədə Şərqi Azərbaycan əyalətinin Elektrik Tədarükü İdarəsinin başçısı Əkbər Fərəcniya açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Əkbər Fərəcniya mediaya verdiyi açıqlamada cari günəş ilində əyalətin elektrik enerji istehsalında kəskin azalma olduğunu deyib.
O, cari ilin ilk 9 ayə ərzində elektrik enerjisi istehsalının ötən ilin oxşar dövrünə nisbətdə 50% azaldığını söyləyib.

“Hər il Şərqi Azərbaycanda 10.000-12.000 meqavat hidroenergetika istehsal edildiyi halda, bu il bu həcmdən 4000-6000 meqavat az elektrik enerjisi istehsalı həyata keçirilib”-deyə, Fərəcniya bildirib.

Elektrik Tədarükü İdarəsinin başçısı əyalətin bir sıra bölgələrində, xüsusilə kənd bölgələrində elektrik naqillərinin 53%-nin köhnə olduğu üçün elektrik enerjisinin hədərə getdiyini deyib.

Şərqi Azərbaycanda elektrik enerjisinin çatışmazlığı bir çox sənaye müəssisələrini, özəlliklə poladəritmə sənayesini müflis olmaq təhlükəsi ilə üzləşdirib.

Bu barədə Şərqi Azərbaycan Polad Sənayesi Birliyi İdarə Heyətinin başçısı Kərim Rəhimi açıqlama verib.

O, cari ildə əyalətin sənaye müəssisələrində elektrik enerjisinin 30% azalmasının ciddi problemlər yaratdığını deyib, bir sıra sənaye sahələrinin müflis olmaq təhlükəsi ilə qarşı-qarşıya qalması barədə xəbərdarlıq edib.

“Şərqi Azərbaycanın poladəritmə sənayesi elektrik enerjisinin kəsintisi təqdirdə işi dayandırmağa məcbur olur. Bu sahədə gündəlik elektrik enerjisindən istifadəni azaltmaq mümkün deyil.

Enerji çatışmazlığı sənaye, xüsusilə poladəritmə sənayesi sahəsində geniş ziyanlar vurub və bu vəziyyətin davamı böhranı dahada dərinləşdirəcək”-deyə, Rəhimi bildirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social