SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda AstraZeneca peyvəndi tapılmır

2022.01.07, 10:08
Şərqi Azərbaycanda AstraZeneca peyvəndi tapılmır

Gunaz.tv

Simin Xəyyatzadə qeyd olunan vaksinin başqa ölkələr tərəfindən hədiyyə edildiyini və sayının məhdud olduğunu deyib.

“AstraZeneca peyvəndi başqa ölkələr tərəfindən və məhdud sayda hədiyyə edilmişdir. Hal-hazırda Şərqi Azərbaycanda bu vaksin yoxdur. Qarşıdakı həftə ərzində Yponiyadan bu vaksinin gətiriləcəyi gözlənilir.

Ancaq bununla bağlı heç bir vəd verə bilmərəm”-deyə, S.Xəyyatzadə bildirib.

Tibb Elmləri Universitetinin Yolxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı koronovirusun yeni növü “Omikron”un Şərqi Azərbaycanda yayılma təhlükəsi iıə bağlı verdiyi açıqlamada, bu günə kimi 3 nəfərin bu virusa yoluxduğunu, başqa şəxslərdən götürülən analizlərin yoxlanılması üçün Tehrana göndərildiyini söyləyib.

Qeyd edək ki, vətəndaşlara Çindən gətirilən və İranın buraxdığı “Bərəkət” vaksini vurulduğu halda, rəsmi şəxslərə və millət vəkillərinə AstraZeneca peyvəndinin vurulması vətəndaşların etirazları ilə qarşılaşıb.

C.E 

 

ظرفیت بیمارستان‌های آذربایجان‌شرقی پر است - ایرنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar