SON XƏBƏRLƏR

Ruhani Amerikaya səsləndi: “İstədiyimiz qədər raket və silah istehsal edib anbarlarımıza yığacağıq”

2021.10.20, 07:36
Ruhani Amerikaya səsləndi: “İstədiyimiz qədər raket və silah istehsal edib anbarlarımıza yığacağıq”

Gunaz.tv

GünAzTV: Mayın 6-da Rəzəvi Xorasan əyalətinin Səbzivar şəhərinə səfər edən İran prezidenti Həsən Ruhani əhali qarşısında çıxış edərək, nüvə sazişindən, Amerikanın bu razılaşma ilə bağlı verəcəyi qərardan və ölkənin raket proqramından danışıb.

 

Ruhani, öz çıxışında Vaşinqtona xəbərdarlıq edərək deyib ki, əgər Amerika hökuməti nüvə sazişindən çıxsa, “tarixi bir peşmançılıq” hissi keçirməli olacaq: “Bir daha bildirirəm ki, biz ölkənin raket proqramı, onun müdafiə gücü və sistemi barədə heç kəslə danışıqlar aparmayacağıq. Biz, ölkənin ehtiyacını nəzərə alaraq, istədiyimiz qədər raket, silah və hərbi sursat istehsal edib anbarlarımıza yığacağıq. Bizim ölkənin müdafiəsi üçün verdiyimiz qərarların isə heç kəsə dəxli yoxdur.

 

Amerika prezidentinin mayın 12-də nüvə sazişi ilə bağlı verəcəyi qərar, bizim həyatımızda hər hansı bir dəyişikliyə səbəb olmayacaq. Bizim, Trampın istənilən qərarı qarşısında öz planlarımız var. Biz, ölkəmizə qarşı göstəricək hər hansı bir təzyiqə müqavimət göstərəcəyik. Mən, açıq şəkildə millətimizə bildirirəm ki, bununla bağlı neçə ay əvvəl ölkənin müxtəlif struktur və qurumlarına, o cümlədən də İranın Atom Enerjisi Təşkilatına lazımi göstərişləri vermiş, bir neçə gün əvvəl də həmin təşkilatın rəhbərliyi ilə söhbət etmişik”.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla Qərb arasında imzalanmış nüvə sazişini  dəfələrlə “ən pis” razılaşma adlandıraraq, sazişin mətninə yenidən baxılmasını və ona ciddi düzəlişlər edilməsini tələb edib. O bildirib ki, sazişə düzəlişlər edilməsə Vaşinqton bu razılaşmadan çıxacaq. Tramp, Amerikanın nüvə sazişində qalıb-qalmayacağını mayın 12-də elan edəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar