SON XƏBƏRLƏR

Ruhani: “Qüds, Fələstin dövlətinin paytaxtı olacaq”

2021.10.20, 07:36
Ruhani: “Qüds, Fələstin dövlətinin paytaxtı olacaq”

Gunaz.tv

 GünAzTV: İran prezidenti Həsən Ruhani dekabrın 12-də İslam Əməkdaşlıq Təşkilatı başçılarının “Qüds” mövzusu ilə bağlı növbədənkənar fövqəladə toplantısına qatılmaq üçün Türkiyəyə səfəri ərəfəsində jurnalistlərə açıqlamasında, ABŞ prezidenti Domnald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması məsələsindən danışıb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə bu ölkəyə səfər edən Ruhani bildirib ki, Trampın “Qüds”ü İsrailin paytaxtı kimi yanıması və Amerika səfirliyini bu şəhərə köçürəcəyi ilə bağlı verdiyi qərar çox səhv bir addımdır: “Qüds, bütün müsəlmanların müqəddəs torpaqlarında qalacaq və bu şəhər Fələstin dövlətinin paytaxtı olacaq. Biz, bunu heç vaxt unutmayacağıq. Bu gün, üzləşdiyimiz bu olay çox mühüm bir məsələdir. Çünki Qüds və Beytülmüqəddəs, həm müsəlmanların, həm də yəhudilərlə xristaxnıların müqəddəs ərazisidir. Bu ərazilərdə isə yeganə qəribə və yad sayılanlar isə sionistlərdir.

 

ABŞ prezidentinin “Qüds”ü İsrailin paytaxtı kimi tanıması və öz səfirliyini bu şəhərə köçürəcəyi ilə bağlı qərarı qanunsuz və səhv bir qərardır. Bu isə müsəlmanlara qarşı atılan sərt bir addımdır. Ona görə ki, “Qüds” yalnız bir millətə məxsus deyil. “Qüds” ərazisi müsəlmanların ilk qibləsi olub və hazırda da dünya müsəlmanlarının 3-cü müqəddəs məkanıdır. Məhz buna görə də, bütün müsəlmanlar ona sayğı və ehtiramla yanaşırlar”.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-sı axşam saatlarında Ağ evdə televiziya vasitəsilə etdiyi tarixi bir çıxışında Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Tramp, ölkəsinin Tel-Əvivdəki səfirliyini tezlikcə Yerusəlimə köçürücəyi barədə söz verib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar