SON XƏBƏRLƏR

Ruhanidən ABŞ-a xəbərdarlıq: “İran neftinin satışının qarşısını almaq istəsən, körfəzdən heç bir neft ixrac edilməyəcək”

2021.10.20, 07:36
Ruhanidən ABŞ-a xəbərdarlıq: “İran neftinin satışının qarşısını almaq istəsən, körfəzdən heç bir neft ixrac edilməyəcək”

Gunaz.tv

GünAzTV: Dekabrın 4-də Şahrud şəhərinə səfər edən İran prezidenti Həsən Ruhani, qatıldığı bir tədbirdə çıxış edərək, Vaşinqtonun İran neftinin satışını məhdudlaşdıran sanksiyalardan danışaraq, Amerikaya qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

Öz çıxışında İranın təzyiqə məruz qalacağı təqdirdə, körfəzdəki Hörmüz boğazını beynəlxalq gəmilərin üzünə bağlayacağına eyham vuran Ruhani bildirib ki, İran Vaşinqtonun bütün qadağalarına baxmayaraq müxtəlif yollarla öz neftinin ixracını davam etdirəcək: “Amerika bilməlidir ki, biz hazırda öz neftimizi satırıq və gələcəkdə də satacağıq. Vaşinqton bilməlidir ki, o, bizim neftimizin ixracının qarşısını ala bilməyəcək və əgər nə vaxtsa neftimizin satışının qarşısını almaq istəsə, İran körfəzindən artıq heç bir neft ixrac edilməyəcək.

 

Bu gün Amerika Avropanı, Çini və Hindistanı İrandan ayırmağa çalışır. Amerika həm də çalışır ki, qonşularımızı bizdən ayırmaqla bölgədə İranafobiyaya rəvac versin. Lakin bildiririk ki, biz qonşuluğumuzda olan heç bir millətin düşməni deyilik və gələcəkdə də olmayacağıq”.

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, noyabrın 5-dən İran neftinin satışına qarşı sanksiyaların icrasına başlanılıb. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək niyyətindədirlər.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar