SON XƏBƏRLƏR

Rusiya, İran və Ermənistan Gürcüstanda keçiriləcək Enerji Sammitinə niyə çağırılmadı?

2021.10.20, 07:36
Rusiya, İran və Ermənistan Gürcüstanda keçiriləcək Enerji Sammitinə niyə çağırılmadı?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yanvarın 14-də Batumidə keçiriləcək Enerji Sammitinə Rusiya, Iran və Ermənistan dəvətli deyil. Avropa ölkələri ərazisindən Xəzər regionunun enerji resurslarının dünya bazarına çıxarılması məsələsi müzakirə ediləcək tədbirə bu ölkələrin qatılmayacağını Gürcüstanın energetika naziri Aleksandr Hetaqurin açıqlayıb. Sammitdə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Polşa, Litva, Macarıstan və Rumıniyanın iştirakı təsdiq edilib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, enerji sammitinə adı çəkilən üç ölkənin dəvət olunmaması təsadüfi deyil. AXCP yetkilisinin fikrincə, belə bir dəvətin olmaması Qərbin bu dövlətlərə qarşı hansı mövqedə dayandığını ortaya qoyur: “Görünür, sammitin təşəbbüskarı olan Qərb Rusiya və Iranın bu tədbirdə iştirakını arzulamır. Ermənistan isə nə enerji resurslarına sahibdir, nə də kommunikasiya əhəmiyyəti var. Ona görə Ermənistanın tədbirə dəvət olunmaması bununla izah edilə bilər. Lakin Iran və Rusiyaya münasibətdə bu addımın atılması, daha çox siyasi xarakterli bir mesajdır. Çünki tədbirdə müzakirə olunacaq NABUCCO layihəsi Avropanın Rusiyanın enerji asılılığından xilas olmasına hesablanıb. Rusiyaya alternativ olaraq çəkiləcək bu kəmərin reallaşdırılmasıyla bağlı bir sıra detalların dəqiqləşdirilməsinə, mövqelərin bir qədər müəyyənləşdirilməsinə ehtiyac var”. Digər tərəfdən F.Qəhrəmanlı hesab edir ki, sammitə dəvət alan ölkələrlə Qərb yaxın perspektivdə enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Elə sammitin bir məqsədi də Rusiya və Irana bu sahədə Qərbin mövqeyini bir daha xatırlatmaqdır. Politoloq Hikmət Hacızadə də hesab edir ki, Rusiya, Iran və Ermənistanın tədbirə dəvət olunmaması siyasi mesajdır: “Görünür, tədbirin təşəbbüskarı olan ABŞ orada Rusiya, Iran və Ermənistanın tədbirə qatılmasını istəmir. Çünki tədbirdə müzakirə olunacaq NABUCCO proyekti elə mahiyyətcə anti-Rusiya, anti-Iran proyektidir. Ona görə də həmin dövlətlərin tədbirə dəvət olunmaması təəccüblü görünməməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar