SON XƏBƏRLƏR

Rusiyada bəndin uçması nəticəsində 12 nəfər ölüb, 13 nəfər itkin düşüb

2021.10.20, 07:36
Rusiyada bəndin uçması nəticəsində 12 nəfər ölüb, 13 nəfər itkin düşüb

Gunaz.tv

GünAz TV: Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.


APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.


FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar