SON XƏBƏRLƏR

Rusiyadan İran prezidentinə cavab gəldi: Heç kəs öz siyasi qüdrətini siyasi demaqogiya ilə qoruyub saxlaya bilməz

2021.10.20, 07:36
Rusiyadan İran prezidentinə cavab gəldi: Heç kəs öz siyasi qüdrətini siyasi demaqogiya ilə qoruyub saxlaya bilməz

Gunaz.tv

GünAzTv: Rusiya ilə İran arasında münasibətlər gərginləşməyə  doğru gedir.

İran prezidenti Mahmud Əhmədinejad dünən Rusiyanın ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Tehrana embarqoların tətbiqi ilə bağlı yeni qətnamə layihəsini dəstəkləməsini tənqid edib.

Əhmədinejad Rusiya prezidenti Mahmud Əhmədinejadı bir daha öz qərarını gözdən keçirməyə çağırıb və “Rusiya liderləri İran xalqının onları da tarixi düşmənlərimiz sırasına salmasına imkan verməməlidirlər” deyib.

Moskvanın Əhmədinejadın tənqidinə reaksiyası gecikməyib.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodko Əhmədinejadın Rusiya əleyhinə çıxışının siyasi populizm və demaqogiya olduğunu deyib.

Prixodko bildirib ki, Rusiya gözlənilməz qərarları, siyasi ekstremizmi, qeyri-şəffaflığı və ziddiyyəti mövqeləri qəbul edə bilməz: “Əhmədinejadın Rusiya əleyhinə çıxışı siyasi populizmdən başqa bir şey deyil. Heç kəs öz siyasi qüdrətini siyasi demaqogiya ilə qoruyub saxlaya bilməz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar