SON XƏBƏRLƏR

Vərziğanda mədən işçiləri etiraz aksiyası keçirib

2021.12.01, 10:40
Vərziğanda mədən işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Mədən ərazisinə toplaşan “Ahən acin”, “Zohəl”, “”Noavəran və “Mobin” şirkətlərinin işçiləri işi dayandırıb.


Onların etirazına səbəb bundan öncə yarıtmaz fəaliyyətlərinə görə işçilər tərəfindən qovulmuş dörd şirkət müdirinin yenidən rəhbərliyə qaytarılması olub.


Əlipur, Nemətpur, Salehi və Rəhmanpur bir ay öncə mədən işçilərinin hüquqlarını pozduqları və onlara qarşı təhqiramiz davrandıqları üçün mədənçilər tərəfindən qovulub və onların mədən sahəsinə girişlərinin qarşısı alınıb.


Ötən həftə Süngün mis mədəninin işçiləri 3 günlük tətil aksiyasına əl atıb və qanunsuz olaraq işdən çıxarılan əməkdaşlarının yenidən işə bərpa olunmalarına nail olublar.


Verilən məlumatlara görə, noyabrın 30-u, günorta saat 13-dən 15-ə kimi davam edən aksiya nəticəsində adı çəkilən dörd müdir yenidən bölgəni tərk etməyə məcbur olublar.


Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.
Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.


Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 


Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.


C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar