SON XƏBƏRLƏR

Şair-qəzəlxan Həkim Qəni vəfat edib

2021.10.20, 07:36
Şair-qəzəlxan Həkim Qəni vəfat edib

Gunaz.tv
Şair-qəzəlxan Həkim Qəni vəfat edib qeni_hekim.jpg Füzulişünas qəzəlxan ilə vida mərasimi bu gün olacaq Şair-qəzəlxan həkim Qəni iyunun 10-da 90 yaşında dünyasını dəyişib. Onunla vida mərasimi bu gün oğlunun evində - Bəşir Səfəroğlu küçəsi 90-da olacaq və elə bu gün o, torpağa tapşıralacaq. Qeyd edək ki, Füzulişünas, tərcüməçi, qəzəl ustası həkim Qəni 1918-ci ildə Bakıda anadan olub. İxtisasca həkim olan Qəni 2-ci Dünya Müharibəsi illərində və müharibədən sonra 25 il orduda həkim kimi fəaliyyət göstərib və polkovnik rütbəsində olarkən istefaya çıxıb. İxtisası həkim olsa da, onun gənc yaşlarından ədəbiyyata, poeziyaya marağı yaranıb və ilk şerini də elə 30-cu illərdə Hüseyn Caviddən, Mikayıl Müşfiqdən dərs aldığı illərdə yazıb. Ümumiyyətlə, həkim Qəni 12 kitabın müəllifidir, Füzulinin 100-dən çox qəzəlinə təxmis yazıb, bir o qədər də şerini rus dilinə çevirib. Allah rəhmət eləsin.../ANS TV/ ANS_PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar