SON XƏBƏRLƏR

Sanksiyalar İranın sərnişin təyyarələrini də ətkilədi

2021.10.20, 07:36
Sanksiyalar İranın sərnişin təyyarələrini də ətkilədi

Gunaz.tv

GünAzTv: Son günlər Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Almaniyaya uçan İran sərnişin təyyarələri bu ölkələrdə yanacaqla təmin edilmir.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, İran mənbələri bunu BMT Təhlükəsizlik Şurasının iyunun 9-da qəbul etdiyi sanksiyalarla əlaqələndirir.

 

İran parlamenti təhlükəsizlik komissiyasının üzvü Kazım Cəlali jurnalistlərə açıqlamasında bir sıra xarici ölkələrin aeroportlarında İran təyyarələrinin yanacaqla təmin edilməməsini ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları ilə bağlayıb: “Xarici ölkələrin aeroportlarında İranın sərnişin təyyarələrinin yanacaqla təmin olunmaması BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi qətnamədəki müddəalarda öz əksini tapmayıb. Bu qeyri-insani əməl ABŞ prezidentinin İrana qarşı qəbul etdiyi sanksiyalar, Ağ evin bizə qarşı düşmənçilik siyasəti ilə əlaqədardır”.

 

Kazım Cəlali təyyarələrin xarici ölkələrin aeroportlarında yanacaqdan məhrum edilməsini araşdırmaq üçün ölkə parlamentində özəl komitə yarandığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar