SON XƏBƏRLƏR

Şəbistərdə 4 fəhlə torpaq uçqunu altında qalıb

2021.10.20, 07:36
Şəbistərdə 4 fəhlə torpaq uçqunu altında qalıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Şəbistər məntəqəsində  tikintidə çalışan 4 fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

 

Hadisə çərşənbə günü saat 14 radələrində Kəndrud kəndində baş verib.

 

Bu barədə mətbuata danışan Şəbistər Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Mərkəzinin rəsmisi  Əhəd Kərimpur bildirib ki, tikinti ilə əlaqədar qazinti işləri aparılan zaman torpaq uçub, nəticədə 4 fəhlə uçqun altında qalıb.

 

Əhəd Kərimpurun sözlərinə görə, hadisə baş verdikdən dərhal sonra əraziyə xilasedici qrup və polis əməkdaşları  göndərilib.

 

Fövqəladə Hallar Mərkəzinin rəsmisi verdiyi birinci açıqlamada qeyd edib ki, uçqun altında qalan fəhlələrdən ikisinin cəsədi çıxarılıb. Digər iki fəhlənin də öldüyü müəyyən edilib, xilasedici qrup onların cəsədini uçqun altında çıxarmağa çalışır.

 

İran işçilərin sağlamlığı və əmək təhlükəsizliyinin təmin olunmasında dünya üzrə 102-ci ölkədir. Təhlükəsizlik texnikası qaydalarının tətbiq olunmaması və əlverişli əmək şəraitinin yaradılmaması hər il ölkədə çox sayda fəhlənin ölüm, xəsarət alma və bədən üzvlərinin itirilməsi ilə nəticələnir. Bundan əvvəl İran İnşaat Fəhlələri Dərnəyinin rəisi bildirmişdir ki, bir ildə 15 min işçinin bədbəxt hadisə ilə üzləşməsi İran üçün rekord vurmaq deməkdir.

 

N .S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar