Səccad Şəhiri azadlığa buraxılıb – Həbsdə olan digər güney azərbaycanlı fəalların vəziyyəti nigaranlıq doğurur

20.03.2020, 10:57

GünAz TV: Koronavirus epidemiyası ilə əlaqədar azadlığa buraxılan məhbuslar arasında daha bir güney azərbaycanlı fəalın adı çəkilir.

 

Məlumata görə, Səccad Şəhiri 500 milyon tümənlik mülki vəsiqə qarşılığında dünən müvəqqəti olaraq həbsxanadan sərbəst buraxılıb.

 

Ötən günlərdə türk fəalların ailə üzvləri əzizlərini həbsxanalarda yayılmış koronavirusdan qorumaq üçün səlahiyyətli orqanlara müraciət ediblər. lakin onların bir çoxunun tələbi təmin olunmayıb.

 

Hazırda Abbas Lisani, Əlirza Fərşi, Lətif Həsəni, Tövhid Əmir Əmini, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Yusif Kari, Əli Əzizi və Məhəmməd Əbdülməhəmmədzadə Ərdəbil, Təbriz, Rəcayişəhr və Evin zindanlarında məhkum olunduqları həbs və ya saxlanma cəzalarını çəkməkdədir. Evin həbsxanası, eləcədə Salmas və Urmiya Ettelaat İdarələrinin təcridxanalarında saxlanılan Zeynəb Həmrəng, Ehsan Şükrxudayi, Əmin Vəlizadə və Məlihə Bərqinin vəvizyyəti barədə heç bir məlumat yoxdur.

 

İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi ötən günlərdə məhkumluq müddəti 5 ildən az olan məhbusların müvəqqəti azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. Buna baxmayaraq koronavirus təhlükəsi ilə üz-üzə qalan  bəzi güney azərbaycanlı fəallar hələ də həbsxanalarda saxlanılır.

 

Koronavirusun yayıldığı Evin zindanının 4-cü bölümündə Tövhid Əmir Əmini və Kazım Səfabəxş saxlanılır. Hazırda 4-cü bölüm karantin vəziyyətindədir.

Ərdəbil Mərkəzi Zindanının “səlamət” və 1-ci bölümü də karantinə alınıb. 1-ci bölümdə saxlanılan iki məhbusun koronavirusa yoluxduğu üçün xəstəxanaya aparıldığı bildirilir.

 

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani və Yusif Kari isə Ərdəbil zindanının karantin bölümündə saxlanılır. Yusif Kari iki il həbsə məhkum olunsa da, o hələ də sərbəst buraxılmayıb.

 

Şübhəsiz ki, İran məsulları həbsxanada saxlanılan məhbusların taleyinə görə məsuliyyət daşıyır. Bu barədə güney azərbaycanlı fəallar və ictimai xadimlər dəfələrlə xəbərdarlıq ediblər.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15

gun az article

İranda hicabsızlara qarşı pul cəriməsi tətbiq ediləcək

2022-08-15

gun az article

Suriyada yüksək rütbəli SEPAH zabiti öldürülüb

2022-08-15

gun az article

İranlı alim Azərbaycan haqqında hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

2022-08-15

gun az article

İranda Əfqanıstan vətəndaşı edam edilib

2022-08-15

gun az article

Manatın dövriyyəyə buraxılmasından 30 il ötür

2022-08-15

gun az article

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib

2022-08-15

gun az article

Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

2022-08-15

gun az article

Weiss: "Salman Rüşdiyə hücum edən şəxs SEPAH-ın Qüds Qüvvələri ilə birbaşa əlaqəli olub"

2022-08-15

gun az article

Dünya əhalisinin sayı 8 milyardı ötüb

2022-08-15

gun az article

İran Küveytlə münasibətləri yaxşılaşdırmağa çalışır

2022-08-15

gun az article

Blinken İranın Salman Rüşdiyə qarşı zorakılığa təhrikini pisləyib

2022-08-15

gun az article

İrəvan Metropoliteni işini dayandırıb

2022-08-14

gun az article

Ermənistanda ticarət mərkəzində partlayış zamanı 1 nəfər ölüb, 34 insan xəsarət alıb

2022-08-14

gun az article

Laçını tərk edən ermənilərdən növbəti barbarlıq - evləri yandırırlar

2022-08-14

gun az article

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

2022-08-14

gun az article

Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

2022-08-14

gun az article

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

2022-08-14