SON XƏBƏRLƏR

“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

2021.10.20, 07:36
“Sepah”ın daha 1 iranlı muzdlusu Suriyada həlak olub

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının daha 1 iranlı muzdlusu Suriyada gedən savaşda öldürülüb.

 

Yayılan məlumatlara əsasən, Bəşər Əsəd rejiminə dəstək vermək üçün Suriyaya ezam olunmuş “Sepah”çı Həmidrza Babolxani fevralın 18-i sübh saatlarında Hələb şəhəri ətrafında gedən döyüşlərdə həlak olub. Onun Hələb ətrafına atılan raket zərbələri nəticəsində öldürüldüyü bildirilir.

 

Muzdlu “Sepah”çının cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.  Ölənlərin əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar