SON XƏBƏRLƏR

Şərqi Azərbaycan: Vərənkeş kəndindən olan qadın zəlzələ bölgəsindəki ağır vəziyyəti anladır – VİDEO

2021.10.20, 07:36
Şərqi Azərbaycan: Vərənkeş kəndindən olan qadın zəlzələ bölgəsindəki ağır vəziyyəti anladır – VİDEO

Gunaz.tv

GünAz TV: Noyabrın 8-də Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayır.  

 

Miyana və Sarab məntəqəsində baş verən zəlzələdən 40 gün keçməsinə baxmayaraq zəlzələdən zərərçəkənlər soyuq hava şəraitində çadırlarda qalır.

 

Təbii fəlakətdən ən çox ziyan görən Vərənkeş kəndinin əhalisi ehtiyaclarını sadalayaraq hökumətə öz etirazlarını bildirirlər.

 

Zəlzələdən zərərçəkənlərdən biri dövlətin qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü təbii fəlakət bölgəsində vəziyyətin yaxşılaşması üçün heç bir tədbir həyata keçirmədiyini bildirib. Ailəsi ilə kaneksdə (dəmirdən düzəldilmiş sığınacaq evlər) məskunlaşan azərbaycanlı qadının sözlərinə görə, zəlzələdən zərərçəkənlərin tualet və hamamı yoxdur, onların hətta içməli su problemi var.

 

Soyuqdan uşaqların xəstələndiyini deyən xanım şaxtalı hava şəraitində qızınmaq vasitələri ilə təmin olunmadıqlarını da diqqətə çatdırıb.

 

Azərbaycanlı qadının sözlərini öz dilindən olduğu kimi eşidə bilərsiniz:

 

https://www.youtube.com/watch?time_continue=1&v=4NXZmwq58nQ&feature=emb_logo 

 

 

Bu arada Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur da zəlzələ bölgəsindəki ağır vəziyyətdən şikayətlənib.

 

O bu məsləyə dekabrın 17-də parlamentdəki çıxışı zamanı toxunub.

 

“Azərbaycanda zəlzələdən zərərçəkənlər qarın altında qalıb. Onlar kanekslə belə təmin olunmayıb, çadırlarda qalırlar. Təbii fəlakətdən zərərçəkənlərin dadına çatın.”- deyə Nadir Qazipur vurğulayıb.

 

https://www.youtube.com/watch?time_continue=33&v=q6tNztcNsUE&feature=emb_logo

 

 

Qeyd edək ki, zəlzələ bölgəsində belə ağır vəziyyət hökm sürdüyü halda hökumət rəsmiləri xəbərləri inkar edərək zəlzələdən zərərçəkənlərlə bağlı ictimaiyyətə saxta raportlar təqdim edirlər. Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi ötən günlərdə təbii fəlakət bölgəsində kimsənin çadırda qalmadığını bildirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar