SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı hakimiyyəti Rusiya ilə birbaşa uçuşlar təşkil etmək istəyir

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı hakimiyyəti Rusiya ilə birbaşa uçuşlar təşkil etmək istəyir

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı hakimiyyəti yerli aviaşirkətləri Rusiya ilə birbaşa uçuşlar təşkil etməyə təşviq edəcək.


Bu barədə Səudiyyə Ərəbistanın Turizm və Milli İrs İdarəsinin müdiri Əhməd Əl-Xatib bildirib. Yaz aylarında "Nordwind Hava Yolları" Ciddədən Moskvaya ilk birbaşa uçuşlara başlayıb. İyun ayında Krallığın o vaxtki enerji naziri Xalid əl-Falih, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında həftədə 14 birbaşa uçuş planlaşdırdığını və bunların sayının daha da artacağını bildirmişdi. O əlavə edib ki, uçuşların istiqaməti rus turistlərin üstünlüklərindən asılı olaraq müəyyənləşdiriləcək.


Qeyd edək ki, Əhməd Əl-Xatib həmçinin bunları söyləyib: "Biz bu məsələni araşdıracağıq və rus turistlərin istədiklərinə əsaslanaraq müxtəlif istigamətləri açacağıq. Dənizi görmək istəsələr, Qırmızı dənizə uçuşlar açacağıq. (Mədəni) irs və tarixi haqqında öyrənmək istəsələr, Rusiyadan gələn turistlər üçün yolu asanlaşdıracağıq. Trend

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar