SON XƏBƏRLƏR

Səudiyyə kralı da islahata başlayır

2021.10.20, 07:36
Səudiyyə kralı da islahata başlayır

Gunaz.tv

GünAz TV: Ötən gün Səudiyyə Ərəbistanının kralı Abdulla tabəələrinin güzəranının yaxşılaşdırılması, iqtisadiyyatda islahatların aparılması məqsədi ilə bağlı fərman verib. 3 aylıq ayrılıqdan sonra o, ölkəsinə dönüb.

Dövltə televiziyasının məlumatına əsasən, adi səudililərin mənzillə təmin olunması, subayların ailə qurması və ticarətə başlaması, eləcə də çeşidli layihələrə sərmayə qoyuluşuna milyardlarla dolların ayrılması ilə bağlı kral Abudallanın əmr verib.

Kralın neftdən gələn gəlirləri ölkədə sakitliyi yaratmağa belə əliaçıqlıqla sərf etməsi Səudiyyə müxalifətin üsyan çağırışı fonunda baş verib. Son günlər internetdə və ictimai şəbəkələrdə Səudiyyə Ərəbistanındakı mövcud rejimə qarşı kütləvi nümayişin (Yürüşün) keçirilməsi ilə bağlı çağırış edilir. Həmin çağırışlara görə, bu il martın 11-13-də,cümə namazından sonra hakimiyyət əleyhinə, «qəzəb günü» mitinqləri keçiriləcəyi gözlənilir.

 

Müxalifət rejim qarşısında  12  tələb irəli sürüb. Onların arasında konstitusiyalı (Anayasalı) monarxiyanın (monarshiyanın) yaradılması, vətəndaşların hər cür təhdid eliməsinə son verilməsi, habelə neftdən gələn gəlirlərin ədalətli şəkildə bölüşdürülməsi kimi tələblər də var.

 

Qeyd edək ki, Küveyt əmiri bir sırasosial layihələrin gerçəkləşdirilməsi məqsədi ilə 10 milyard dollar ayrılmasına dair fərman verib.

 

Onu da xatırladaq ki, ötən ilin payızında Səudiyyə Ərəbistanının monarxı 86 yaşlı Abdullanın səhhəti ağırlaşmışdı. Sarayın rəsmi açıqlamasına əsasən, o, «kürəyində ağır»dan şikayətlənib və onurğasında «qan trombu» əmələ gəlib. Bu tıxac həmin nahiyədə ağırların yaranmasına səbəb olub. Ötən ilin noyabrında şeyx Abdulla «müalicə olunmaq» üçün ABŞ-a (Amerika Birləşmiş Ştatları) səfər etmişdi.

 

Səudiyyə Ərəbistanı ilə bağlı həmin günlərdə yayılmış məlumatda isə bildirilirdi ki, monarx Abdulla ölkənnin ən vacib hərbi qurumlarından birinə- Milli Qvardiyaya (keşikçilər) komandanlıqdan əl çəkib. O, bu posta şahzadə Mitaba bin –Abdullanı təyin edib.

Monarx qvardiyaya 1962-ci ildən bəri başçılıq edirdi. Bu hərbi qurum səudiyyə ordusu ilə tarazlıq yaradırdır. Abdulla kral olmazdan öncə qvardiya onun gücünü ilkin mənbəyi sayılırdı. Bu hərbi birləşmədə 260 min nəfər qulluq edir. Milli qvardiya başqa işlərlə yanaşı, kral ailəsini, sarayları, şahzadələri qoruyur.

 

Kralın xəsətəliyi və onun yenidən Səudiyyə Ərəbistanına qayıdışı ölkədəki durumun beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacağı istisna edilmir. Çünki ötən ilin sonunda səudilərin ABŞ-dan (Amerika Birləşmiş Ştatları) 80 milyard dollar dəyərində silah və hərbi texnika alacağı barədə xəbərlər yayılmışdı.  .

 

Yazımızın əvvəlinə qaydaraq, ehtimal etmək olar ki, yaxın aylarda Səudiyyə Ərəbistanında kral dəyişikliyinin olacağı da istisna edilmir. Bu isə İsrailə münasibətdə, eləcə də  Yaxın  Şərqdə yeni «siyasi» xəttin yürüdülməsi ilə müşahidə oluna bilər. Xatırladaq ki, İordaniya monraxı mərhum kral Hüseyndən sonra hakimiyyətə gəlmiş ikinci Abdulla atasında qalma xarici siyasətdə dəyişiklik etdi. Hətta onu bir sıra şərhçilər «islathçı kral» da adlandırırdılar.

 

Bu baxımdan Səudiyyə Ərəbistanın da monrax dəyişkliyi gerçəkləşərsə, o zaman ölkənin İrana münasibətdə daha sərt davranacağı, gözəlniləndir.

 

Saraya yaxın olanların və müxaliflərin çıxışlarından da bunu hiss etmək mümkündür. Bir müddət öncə səudiyyə şahzadəsi, ölkənin ABŞ və Britaniyadakı keçmiş səfiri, hazırda kral Faysal adına İslam araşdırma mərkəzinə başçılıq edən  Türk əl-Faysal bildirmişdi ki, ərəb dövlətləri arasında birliyin olmaması İranın «əlinə oyanayır» və bu ölkə yavaş-yavaş Yaxın Şərqdə öz təsirini gücləndirir. Onun sözlərinə görə, İranın «polad canyanqları» «kağız pələng»ə oxşayır : «O, ərəb dövlətlərinin zəifləməsi hesabına bölgədə təsirini artırır».

 

Səudiyyə Ərəbistanının islahatçı dairələrinin təmsilçisi doktor Möhsün əl-Auaci Almaniyanın «Der Spiegel» mətbu orqanına müsahibəsində bildirmişdi ki, İslam Respublikasının atom-nüvə proqramının həllində başqa yol olmazsa, İsrail «İranın nüvə obyektlərini (təsisatlarını) bombalamalıdır».

 

Onun sözlərinə görə, İsrail məsələsi öz sərhədi daxilindədirsə, «İran problemi ümumdünya xarakterlidir». O, Səudiyyə Ərəbistanındakı hakimiyyəti tənqid etdiyinə görə iki dəfə həbs olunub.

 

Səudiyyə Ərəbistanında da etiraz çıxışları baş verməsi, inqilab «qığılcımlarının» İran İslam Respublikasına yaxınlaşması deməkdir. Ümuityyətlə, Afrikanın Şimalında baş verənlər  həm də Tehran hakimiyyətini dəstəkləyə biləcək potensial qüvvələrin sıradan çıxarılmasıdır. Qeyd edək ki, bunlardan biri Liviya lideri Müəmmər Qəzzafi idi. İran – İraq savaşında o, İslam Respublikaısna yardım etmişdi. Səudiyyə Ərəbistanı kralı Qərblə müttəfiq olsa da onun ölkəsindən bir sıra  terrorçu qrupların maliyyələşdiyi ehtimalı böyükdür.Bu baxımdan baş verənlərin yaxın aylarda İran İslam Respublikasını bürüyəcəyi də bölgə üçün gözlənilən hadisələrdən sayıla bilər.

Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar