SON XƏBƏRLƏR

"Hüseyniyyun" cəbhədə baş verənlərə görə Azərbaycanı ittiham edib 

2022.09.15, 08:07
"Hüseyniyyun" cəbhədə baş verənlərə görə Azərbaycanı ittiham edib 

Gunaz.tv

Bəyanatda Azərbaycanın dövlət rəhbərləri və hökumət nümayəndələri təhqir olunub və rəsmi Bakı "dünya sionizminə qulluq etməkdə" günahlandırılıb.

"Azərbaycan xalqının məzlum övladları beynəlxalq sionist qüvvələrin maraqları və çirkin planları yolunda Bakı rejimi tərəfindən qurban verilir.

Bu, qəti şəkildə yolverilməzdir"-deyə, sərsəm bəyanatın müəllifləri xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşdan imtina etməyə çağırıb.

Bəyanat müəllifləri son hadisələrin guya "Ermənistan-Azərbaycan hakimiyyətlərinin işbirliyi ilə imperializmə xidmət üçün baş verdiyini" iddia ediblər.

Bədnam sənəddə Azərbaycan tərəfinin apardığı savaşın "vətən uğrunda olmadığı" bildirilir.

Adı çəkilən qrup azərbaycanlılara müraciət edib, onlara "şəhid, əlil və qazilərin taleyini hakimiyyətin ümidinə buraxmadıqları üçün" təşəkkür edib.

Bu qrup bundan öncə yaydığı məlumatlarda Ermənistan tərəfinin və İranın mövqeyini əks etdirən materiallar yayıb, Azərbaycanda olan dəstəkçilərindən şəhidlərin dəfni zamanı dini şüarlar səsləndirmələrini istəyib.

Onlar İran rəhbəri Əli Xameneyinin Zəngəzur dəhlizinin "İngiltərənin planı" olduğunu iddia edib və bu planın qarşısının alınmasını tələb ediblər.


Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar