SON XƏBƏRLƏR

Şirazda naməlum şəxslər “Bent ül Həsən” imamzadasını yandırıblar - FOTOLAR

2021.10.20, 07:36
Şirazda naməlum şəxslər “Bent ül Həsən” imamzadasını yandırıblar - FOTOLAR

Gunaz.tv

GünazTV: İranın Şiraz şəhərində naməlum şəxslər “Bent ül Həsən” imamzadasını yandırıblar.

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, hadisə dekabrın 13-ü sübh saatlarında baş verib. Bildirilir ki, naməlum şəxslər Şirazın ən qalabaqlı məkanlarından olan Kazerun darvazası məntəqəsində yerləşən və nəsəbi şiələrin 2-ci imamına gedib çıxan “Bent ül Həsən” imamzadasının nəzir qutularındakı pulları və bir sıra digər əşyaları oğurladıqdan sonra imamzadanı yandırıblar.

İmamzadanı yandıran şəxslərin hadisə yerindən qaça bildiyi qeyd olur. İmamzadanın yandırılmasının İranda baş verən son etirazlarla əlaqədar olduğu təxmin edilir. Hadisənin detalları araşdırılır.

Qeyd edək ki, rəsmi statistik rəqəmlərə əsasən, hazırda İran 11 min imamzada mövcuddur. İran rəsmilərinin bildirdiyinə görə, ötən ilə qədər ölkədəki imamzadaların sayı islam inqilabından əvvəlki dövrlə müqayisədə 10 dəfər artıb.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar