SON XƏBƏRLƏR

İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu əraziyə gedib

2021.11.02, 13:46
İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu əraziyə gedib

Gunaz.tv

Səfər çərçivəsində rəsmi qonaq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. 

Görüş zamanı xarici diplomata Gəncə şəhəri haqqında ətraflı məlumat verilib, Azərbaycan-İsrail münasibətlərindən söz açılıb.

Bildirilib ki, Azərbaycan bütün dünyada sülhsevər, çoxmillətli, multikultural dəyərlərin qorunub saxlanıldığı tolerant ölkə kimi tanınır. Əsrlər boyu yəhudilər burada azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşayıblar. 

Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələr həm ikitərəfli siyasi, həm mədəni, həm də iqtisadi müstəvidə qurulub.  Niyazi Bayramov qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə İsrailin yaxın dəstəyini hiss edib. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu şanlı qələbədə İsrailin Bakıya siyasi dəstəyi də mühüm rol oynayıb. Azərbaycan tərəfi bütün bunları çox yüksək qiymətləndirir. 

İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, Gəncəyə ikinci dəfədir səfər edir. O, ilk dəfə ötən ilin oktyabr ayında Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduqdan sonra burada olub, raket hücumlarından zərər çəkən dinc sakinlərlə görüşərək onlara başsağlığı verib. 

O bildirib ki, bir neçə ay əvvəl İsrail səfirliyinin dəvəti ilə Azərbaycana gələn plastik cərrah və göz həkimləri, burada əksəriyyəti Vətən müharibəsi iştikraçısı olan 150 nəfərə yardım göstəriblər.

Corc Dik vurğulayıb ki, bir neçə İsrail şirkəti Bakıda keçirilən “Qarabağın bərpası” sərgisində iştirak etdib və onlar işğaldan azad edilən torpaqlarda dağıntıların bərpa olunmasına köməklik göstərmək niyyətindədirlər. 

Gəncəyə səfərinin məqsədindən söz açan İsrail səfiri, burada gün ərzində bir sıra görüşlər keçirəcəyini bildirib. O, yaxın zamanlarda İsrail səfirliyinin xətti ilə Gəncədə bəzi layihələrin icrasına başlanılacağını şəhər rəhbərlyinin diqqətinə çatdırıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar