SON XƏBƏRLƏR

Sulduzda Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitablar paylanılıb

2021.10.20, 07:36
Sulduzda Beynəlxalq Ana Dili Günü münasibəti ilə türkcə kitablar paylanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində 21 Fevral – Beynəlxaq Ana Dili Günü münasibəti ilə müxtəlif mədəni tədbirlər həyata keçirilir.

 

Məlumata görə, Sulduz şəhərində bu əlamətdar günün münasibəti ilə güney azərbaycanlı fəallar tərəfindən çox sayda türkcə kitab paylanılıb.


Ötən günlərdə Urmiya şəhərində şokolad hədiyyələri ilə birlikdə minlərlə trakt paylanılmışdır.


Ərdəbil şəhərində isə ana dilində təhsil hüququ ilə bağlı divarlara çoxlu şüarlar yazılıb. Qrafit texnikası ilə yazılan şüarlarla birlikdə ana dilində təhsilin qadağan olduğunu göstərən təsvirlər də əks olunmuşdur.


İranda Güney Azərbaycan türkləri və digər qeyri-fars millətlər ana dilində təhsil ala bilmir. Bu qadağa ölkə konstitusiyasının 15-ci maddəsinə zidd olsa da, rejim tərəfindən tətbiq olunur. Ana dilində təhsil hüququnu tələb edən mədəni fəallar rejim tərəfindən ağır şəkildə cəzalandırılır. Güney azərbaycanlı fəallar Tövhid Əmir Əmini və Kiyanuş Aslani ötən Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik posterləri payladıqları üçün toplam olaraq 12.5 il həbs cəzasına məhkum edilib, onlar hazırda həbsdədir.

Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlı 2016-cı ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimə qatıldıqları üçün toplam olaraq 8 il həbs və 8 il sürgün edilmə qərarı ilə üzləşiblər.

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar