SON XƏBƏRLƏR

Suriyada 2500 əsgər etirazçılara qoşulub

2021.10.20, 07:36
Suriyada 2500 əsgər etirazçılara qoşulub

Gunaz.tv

GünAz TV: Hərbi əməliyyatlar zamanı daha 24 nəfər həlak olub.

Suriya ordusundan 2500 əsgər ayrılaraq Azad Suriya Ordusuna qoşulub. Onlar dövlət başçısı Bəşər Əsəd rejiminə qarşı mübarizə edəcəklərinə dair kütləvi and içiblər. Saytlarda yer alan videolarda suriyalı əsgərlərin “Qanlarını və ruhlarını Bəşər Əsəd rejiminin yıxılması uğrunda fəda edəcəklərinə və nümayişlərdə iştirak edən xalqı qoruyacaqlarına” dair and içmələri görünür.

Bundan başqa ötən gün ölkənin müxtəlif şəhərlərində davam edən hərbi əməliyyatlarda 24 nəfərin həyatını itirdiyi bildirilib. Bu barədə məlumat verən Suriya Milli Keçid Şurası ölüm hallarının çoxunun Homsda baş verdiyi, İdlibdə isə aralarında hakim və vəkillərin olduğu 8 nəfərin öldüyünü bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar