SON XƏBƏRLƏR

Suriyada həlak olan daha 6 əfqanlı “Sepah”çının cənazəsi ölkəyə gətirilib - FOTOLAR

2021.10.20, 07:36
Suriyada həlak olan daha 6 əfqanlı “Sepah”çının cənazəsi ölkəyə gətirilib - FOTOLAR

Gunaz.tv

GünAzTV: İran İnqilab Keşikçiləri korpusunun “Sepah” daha 6 əfqanlı muzdlusu Suriyada həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilmiş “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları (Əhməd Ziya Cəfəri, Aşur Əhmədi, Abbas Cəfəri, Sadıq Həkimi, Məhəmməd Nəsim Məhəmmədi və Əsədulla Ehsani), bu ölkənin müxtəlif bölgələrində Əsədə müxalif qüvvələrlə qarşıdurmalarda həlak olub.

 

Cənazələri ölkəyə gətirilmiş “Sepah”çılar, aprelin 12-də İranın Vramin, Pişva, Pakdəşt və Məşhəd şəhərlərində torpağa tapşırılıb.

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

 

 

 

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar