İsveçrədən İran hökumətinə xəbərdarlıq

12.08.2022, 10:01

İsveçrənin Tehrandakı səfirliyi Ukrayna təyyarəsi qurbanlarının bir qrup iddiaçısının Amerika Federal Məhkəməsində İran dövlətinə və SEPAH-a qarşı qaldırdığı iddia barədə Tehrana rəsmi xəbərdar edib.

Gunaz.tv Quote | Gunaz article

Bu, terror qurbanlarından olan Arad Zareinin atası Mehrzad Zareinin avqustun 10-da baş nazir Castin Trüdonu cavabdehliyə çağırmaq üçün Torontodan Ottavaya etiraz yürüşünə başlaması ilə eyni vaxta təsadüf edir.

Zarei bu vasitə ilə Castin Trüdo hökumətinin nə üçün Kanada parlamentinin 2018-ci ildə qəbul etdiyi qətnaməyə zidd olaraq SEPAH-ı terror təşkilatı kimi tanımadığını soruşmaq istədiyini deyib.

İyulun əvvəllərində Tehranda vurulan Ukrayna təyyarəsindən sağ qalanların ailələrinin, eləcə də Kanada hökumətinin İrana qarşı iddiasından sonra Ukrayna Beynəlxalq Hava Yolları da bununla bağlı iddia qaldırıb.

Şikayət sənədinə əsasən, Ukrayna Beynəlxalq Hava Yolları bu ilin əvvəlində Kanadanın Ontario Ali Məhkəməsinə təqdim etdiyi rəsmi şikayətində İran İslam Respublikası və İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) bu işdə iki müttəhim kimi göstərib.

2022-ci il yanvar tarixli bu sənədə əsasən, Ukrayna aviaşirkəti İrandan həm də 750 milyon dollar təzminat tələb edib.

Ontario Ali Məhkəməsi ötən ilin aprel ayından etibarən çıxardığı qərarda Ukrayna sərnişin təyyarəsinin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qəsdən vurulduğuna və bunun terror aktı hesab edildiyinə dair qərar verib.

Məhkəmə Əli Xameneyi başda olmaqla İranın bir sıra yüksək səviyyəli məmurlarını, o cümlədən Əli Şamxani, Hüseyn Səlami, Məhəmməd Baqiri və Əmir Əli Hacızadəni bu hücumun əsas günahkarları kimi qınayıb.

Xatırladaq ki, 2020-ci il, yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışıb.

Lakin beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, qurbanlarının 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022-09-26

gun az article

Rəisi Təbrizdə etirazlara qatılanları iğtişaşçı və təxribatçı adlandırıb

2022-09-26

gun az article

Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

2022-09-26

gun az article

Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

2022-09-26

gun az article

“Azadlıq səsi”: “Güney Azərbaycan və İranda baş verən olaylar” - VİDEO

2022-09-26

gun az article

İran parlamentinin saytı hakerlər tərəfindən dağıdıldı

2022-09-26