SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal Abbas Lisani Urmu gölü adına bir gün təyin edilməsi məsələsinə münasibət bildirib

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal Abbas Lisani Urmu gölü adına bir gün təyin edilməsi məsələsinə münasibət bildirib

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal, Ərdəbil sakini Abbas Lisani qurudulmaqda olan Urmu gölü adına bir gün təyin olunması ilə bağlı keçirilən imzatoplama kampaniyasına münasibət bildirib.

 

O mövzu ilə bağlı yaydığı yazılı açıqlamada deyib:

“Son günlərdə bir sıra dəyərli mədəni fəal və ətraf mühit müdafiəçisi vasitəsi ilə Urmu gölünün qurudulasına etiraz olaraq millət və məsullara müraciət ünvanlanıb. Müraciətdə tələb olunub ki, iyun ayının 5-i milli səviyyədə Urmu gölü günü kimi qəbul olunsun. Biz bu təşəbbüsü müsbət hesab edirik, lakin bildiririk ki, imzatoplama kampaniyasının mətnində məsullara irəli sürülən tələb soyuq dəmiri döymək kimi bir işdir. Hesab edirik ki, bu gölün qurumasına səbəb olan şəxs və orqanlardan nəsə gözləmək yanlış və mənasızdır. Buna baxmayaraq mətnin millət və millətçilərə söykənən hissəsini alqışlayaraq kampaniyanın bundan əvvəlki bəzi kampaniyalar kimi yalnız virtual aləmlə məhdudlaşmayacağına və iyunun 5-nin Urmu gölü kimi qəbul olunacağına ümid edirik. Düşünürük ki, bu gün milli gün kimi milətin dəstəyi ilə təqvimə düşəcək.

İnanırıq ki, bu önəmli gündə Azərbaycan türk millətinin Urmu gölünün qurudulmasına olan etirazları real həyatda münasib yerlərdə, o cümlədən meydanlarda dünya ictimaiyyətinə çatdırılacaq. Elə bu ümidlə də bizə olunan müraciətə müsbət yanaşıb, ona qatılıb və qol çəkdik.”

 

Abbas lisaninin mözu ilə bağlı yaydığı yazılı açıqlamanın bir çox fəal tərəfindən dəstəkləndiyi bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar