SON XƏBƏRLƏR

Təbriz Şəhər Şurasının üzvü: Bələdiyyə İdarəsində düzgün idarəçilik yoxdur

2021.10.20, 07:36
Təbriz Şəhər Şurasının üzvü: Bələdiyyə İdarəsində düzgün idarəçilik yoxdur

Gunaz.tv

GünAz TV: Təbriz Şəhər Şurasının üzvü təmsil etdiyi şəhərin Bələdiyyə İdarəsində düzgün idarəçilik olmadığından şikayətlənib.

 

Bu barədə Abdulla Tağıpur aprelin 26-da Şəhər Şurasının keçirdiyi iclasda çıxış edib.

 

“Bələdiyyə İdarəsində təyinatla bağlı verilən qərarlar düzgün deyil. Nə üçün idarədə qabliyyətli insanlardan istifadə olunmur, əksinə sistemin kənarında olan şəxslər təyinat alır?!

Təqaüd məsələsi də öz həllini tapmalıdır. Kimlərin təqaüdə şıxacağı dəqiq olaraq müəyyən edilməlidir.”- deyə o bildirib.

 

Şura üzvünın Bələdiyyə başçısına olan tənqidləri bununla məhdudlaşmayıb. O şəhərdə çəkilən asfaltların ömrünün az olmasından da şikayətlənib.

“Bu il asfalt işlərinə 180 milyard tümən ayrılıb. Lakin Bələdiyyə İdarəsi çəkilən asfaltların 10 il davam gətirəcəyinə qaranti vermir. Asfalt yollarının ömrü 10 il olmalıdır. Podratçılar isə 2 il deyil, 5 illik qaranti verməlidir. Təbrizdə abadlaşdırma işlərinə ayrılan vəsaitin 5 faizi asfalt işləri üçün nəzərdə tutulub, əhalinin etirazlarının 95 faizi isə məhz asfaltlarla bağlıdır.”- deyə Şəhər Şurasının üzvü vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar