Təbriz və Urmiyənin millət vəkilərindən təhsil nazirinə kəskin cavab

20.07.2018, 12:44

GünAz TV: Qeyri-fars dillərinin məktəblərdə tədris olunmasının qadağan olduğunu vurğulayan İranın təhsil nazirinə etirazlar davam edir.

 

Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan yerli “Təbriz-i mən” agentliyi ilə danışıqda təhsil nazirinin məktəblərdə ana dilinin tədrisi haqda açıqlamasını kəskin pisləyib.

 

“Ölkə konstitusiyasının 15-ci maddəsində ana dilinin tədris olunması azad elan olunub. Ona görə də yerli dillər məktəb və universitetlərdə tədris olunmalıdır, əks halda ölkə daxilində nifaq yarana bilər. Bütün məsullar konstitusiyanın 15-ci maddəsinin icrası haqda məsuliyyət daşıyır. Mən özüm parlament sədrinin müavini kimi bu məsələni gündəmə gətirməyə çalışacam”- deyə o bildirib.

 

Məsud Pezeşkiyan

 

M.Pezeşkiyan sözlərinin sonunda qeyd edib ki, “ana dilinin tədrisi məsələsində hər kəsin öz ağlına görə fikir irəli sürməsi düzgün deyil. Hamı qanuna riayət etməlidir. Qanunun icrasını tələb edənlər də pantürkizmdə ittiham olunmamalıdır.”

 

Urmiyənin millət vəkili Nadir Qazipur isə təhsil nazirinin irqçi çıxışına ikinci dəfə münasibət bildirib.

 

“Sepah”ın Azərbaycandakı xəbər agentliyi “Nəsr News”a danışan millət vəkili ana dilinin tədris olunmasını fars dilinə mane olmadığını qeyd edib.

“Belə açıqlamalar konstitusiyaya zidd olmaqla yanaşı həm də bir növ ağılsızlıqdır. Görünür ki, belə açıqlamalar verənlər ölkənin həssas şəraitdə olmasından xəbərsizdilər. Təhsil naziri cənab Məhəmməd Bəthayi qeyri-standart məktəblərin vəziyyətinə yetirmək, müəllimlərin tələblərini təmin etmək və kaneks (dəmirdən hazırlanmış evlər) məktəblərini normal məktəblərlə əvəz etmək yerinə konstitusiya və ölkə rəhbərinin sözlərinə zidd fikirlər söyləyir”- deyə N.Qazipur qeyd edib.

 

Nadir Qazipur

 

Urmiyənin millət vəkili sözlərinin davamında Azərbaycan əhalisini öyərək ana dilinin tədris olunmasının vacib olduğunu deyib.

“Azərbaycan əhalisi çox şərəfli insanlardır. Bizim qadınlarımız qızılları ilə Sovet ordusunu bu ölkədən çıxardıb. Bizim şərafətimiz kimsənin milli mənafeyimizə qarşı nəsə etməsinə icazə verməz. Azərbaycan əhalisi 8 illik müharibədə İranın müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə şəhid verib. Bu insanların övladları öz dilini öyrənməlidir. Ana dilində dərs keçmək şübhəsiz ki, şagirdlərin inkişafına xüsusi təsir göstərəcək”- deyə o əlavə edib.

 

N.Qazipur bundan əvvəl öz çıxışlarından birinin  videosunu yayaraq İranın təhsil nazirini müqəvvaya oxşadıb, onun irqçi açıqlamasını pisləmişdir.

 

Bu günə qədər bizə məlum olan 9 azərbaycanlı millət vəkili təhsil nazirinin irqçi açıqlamasına reaksiya verib. Təəssüflər olsun ki, 71 azərbaycanlı millət vəkilindən yalnız 9-nun bu məsələyə münasibət bildirməsi insanlarda təəssüf hissi doğurur.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

 

Soydaşlarımız nazirin bu açıqlamasına müxtəlif formalarda etiraz bildiriblər.

 

N.S  

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24