SON XƏBƏRLƏR

Təbrizin Ümumi Məkanlara Nəzarət İdarəsi: “Qadın aktrisalar ər və ya atalarının icazəsi olmadan səhnəyə çıxa bilməz”

2021.10.20, 07:36
Təbrizin Ümumi Məkanlara Nəzarət İdarəsi: “Qadın aktrisalar ər və ya atalarının icazəsi olmadan səhnəyə çıxa bilməz”

Gunaz.tv

GünAz TV: Təbrizin Ümumi Məkanlara Nəzarət İdarəsi (Əmakin) daha bir gerici qərara imza ataraq qadın aktrisalara ər və ya atalarının icazəsi olmadan səhnəyə çıxmağı qadağan edib.

 

Bu barədə təbrizli yazıçı və rejissor Əli Puriyan öz İnstaqram səhifəsində məlumat yayıb.

 

“Ümumi Məkanlara Nəzarət İdarəsi tamaşaların nümayişinə icazə verməsi üçün yeni şərt irəli sürüb. Qərara əsasən, qadın aktrisaların səhnəyə çıxması üçün ər və ya atalarının yazılı şəkildə razılığı olmalıdır, əks halda onlar tamaşada rol ala bilməz”- deyə o qeyd edib.

 

Bu istiqamətdə ötən cümə günü Təbrizdə qadın aşıqlarının konserti hökumət orqanları tərəfindən ləğv edilmişdir.

 

İranda musiqi, boşanmaq, diyə, ata irsi, uşaqlarının qəyyumluq hüququ, geyim seçimi, stadionlara daxil olmaq və s. sahələrində qadınların hüququ kobud şəkildə pozulur. Təbii olaraq İran rejimi həmin qanunları Azərbaycan qadınlarına da tətbiq edir. Bəzi hallarda mərkəzdən uzaq məntəqələrdə, o cümlədən Azərbaycan şəhər və kəndlərində milli hüquqlarla yanaşı, qadınların fərdi hüququ da paytaxt Tehran və İranın mərkəzi şəhərlərində yaşayan qadınlardan daha çox pozulur. Soydaşlarımız bu istiqamətdə uzun illər mübarizə aparsa da hələlik heç bir nəticə əldə olunmayıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar