SON XƏBƏRLƏR

Tehran nüvə fəaliyyətlərini genişləndirir

2021.10.20, 07:36
Tehran nüvə fəaliyyətlərini genişləndirir

Gunaz.tv

GünAzTv: prezident Mahmud Əhmədinejad uran zənginləşdiirilən yeni zavod üçün seçilmiş yeri təsdiq edib. Bu barədə VOA İranın İLNA xəbər agentliyinə istinadən xəbər yayıb.

 

İran nüvə proqramını dayandırması ilə bağlı beynəlxalq təzyiqlərə baxmayaraq uran zənginləşdirilən yeni zavodun inşasına başlaya bilər.

 

Iranın İLNA xəbər agentliyinin verdiyi məlumata görə, prezident Mahmud Əhmədinejad zavod üçün seçilmiş yeri təsdiq edib. Agentlik prezidentin baş müşaviri Moctəba Səmareh Haşemiyə istinadən bildirib ki, tikinti işləri prezidentin göstərişi ilə başlayacaq.

 

Birləşmiş Ştatlar mübahisəli nüvə proqramı ilə əlaqədar İrana qarşı BMT sanksiyalarının dürdüncü paketinin qəbul edilməsi səylərinə başçılıq edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar