SON XƏBƏRLƏR

Tehranda və bir neçə şəhərdə Xamneyi tərəfdarları aksiya keçirib

2021.10.20, 07:36
Tehranda və bir neçə şəhərdə Xamneyi tərəfdarları aksiya keçirib

Gunaz.tv

GünAzTV: Yanvarın 3-də Tehranda və ölkənin bir neçə kiçik şəhərində İranın dini lideri axund Əli Xamneyinin tərəfdarları aksiya keçirərək ona və hakimiyyətə dəstək veriblər.

 

Tehranda keçirilən aksiyaya, əsasən şəhərin ətraf kənd və qəsəbələrindən pulsuz  avtobuslara mindirərək paytaxta gətirilən 5 minə yaxın “Sepah” və “Bəsic” təşkilatlarının üzvləri, “Hizbullah”çılar, mülki geyimli təhlükəsizlik qurumlarının işçiləri, ruhanilər və onların ailə üzvləri, eləcə də ərsiz dul qadınlar, dövlət idarələrinin işçiləri və uşaqlar qatılıb.

 

Əllərində axund Xamneyinin şəkillərini və yazılı plakatlar gəzdirən aksiyaçılar, “Fitnəkara ölüm”, “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirərək hakimiyyətə və İranın dini liderinə dəstək veriblər. Xamneyiyə dəstək məqsədilə oxşar aksiyalar, İranın Buşehr, Qorqan, İslamabadi Qərb, Qum, Ərak, Nəhavənd, Əhvaz, Bocnurd və Xürrəmabad şəhərlərində də keçirilib.

 

 

Xatırladaq ki, bir həftədir İranın 70-ə yaxın şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilir. Hakim rejimin iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilir, onların hakimiyyətdən getməsi tələb olunur. Son günlər isə İranın müxtəlif şəhərlərində keçirilən etirazlarda ən azı 24 nəfər ölüb, onlarla aksiyaçı yaralanıb, 1000-dən çox insan həbs edilib.

 

Qeyd edək ki, molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib. Etirazlar davam edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar