SON XƏBƏRLƏR

Terrorçular tərəfdarları ilə birlikdə məhv olmalıdır – Urmiyanın millət vəkili

2021.10.20, 07:36
Terrorçular tərəfdarları ilə birlikdə məhv olmalıdır – Urmiyanın millət vəkili

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək verib.

 

O Twitter səhifəsində bir post paylaşaraq “Barış pınarı” əməliyyatına münasibət bildirib.

“İŞİD və ya PKK, fərqi yoxdur. Terrorçular və tərəfdarları məhv olmalıdır. Mən özüm terrorun acısını dadmışam.”- deyə Hadi Bahaduri qeyd edib.

 

Bundan əvvəl Urmiyanın digər millət vəkilləri Ruhulla Həzrətpur və Nadir Qazipur, həmçinin Mərənd və Culfanın millət vəkili Məhəmməd Həsənnəjad oxşar mövqe sərgiləyərək Suriyanın şimalındakı terror qruplaşmalarının fəaliyyətyini pisləyib, qruplaşmalara dəstək nümayiş etdirən İran parlamentinin deputatlarına öz etirazlarını bildiriblər.

 

İran parlamentinin “Sepah”a yaxın olan deputatları oktyabrın 14-də “Barış pınarı” əməliyyatını pisləyən bəyanat yaymışdır. Parlamentin bir qrup deputatı isə Suriyanın şimalındakı terrorçulara dəstək məqsədi ilə açıq məktub yazmışdır. Məktub hökumətə sıx bağlı olan bir neçə sözdə azərbaycanlı millət vəkili tərəfindən də imzalanmışdır.

 

Sosial şəbəkələrdə də oxşar vəziyyət yaşanır. Bir tərəfdən güney azərbaycanlılar, o cümlədən “Traxtur” futbol komandasının tərəfdarları Türkiyəyə dəstək nümayiş etdirir, digər tərəfdən fars şovinistləri və kürd terror qruplaşmalarının tərəfdarları Türkiyəyə qarşı qarayaxma kampaniyası aparır. Onlar bu məqsədlə hətta 1983-cü ildə Ərzurumda zəlzəl nəticəsində əmələ gələn dağıntıların görüntüsü və serial səhnələrindən belə istifadə edir.

 

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhəddini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

 

N.S

   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar