Tramp: “Biz İranla düşmənçilik etmək istəmirik. Lakin onlar bizimlə düşmənçilik edirlər və buna görə peşman olacaqlar”

02.04.2020, 09:21

GünazTV: Amerika prezidenti Donald Tramp aprelin 1-də Ağ Evdə jurnalistlərlə görüşündə hökumətinin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunması şərtindən və rəsmi Tehranla müzakirələrin vacibliyindən danışıb.

 

Tramp, jurnalistlərdən birinin ona verdiyi “İran hökuməti koronavirus problemi ilə üz-üzə qaldığı bir vaxtda siz hansı bir şərtlə bu ölkəyə qoyduğunuz sanksiyaları ləğv etməyə hazırsınız” sualını cavablandıraraq deyib ki, bunun üçün İran rəhbərlərinin Vaşinqtonla birbaşa təmasa girməsi yetər: “Baxın, biz iranlılarla müzakirə aparmalıyıq. Hesab edirəm ki, biz çox tez İranla bir saziş haqqında danışıqlar aparmalıyıq. Bunun üçün də onların (İran rəhbərlərinin) görə biləcəyi yeganə iş, bizimlə təmasa girmələridir.

 

Onlar məğrur insanlardır. Onların rəhbəri də məğrurdur. Eynən hamımız kimi və eynən bizim insanlar kimi. Biz hamımız məğruruq. Onlar üçün telefon dəstəyini götürüb bizimlə əlaqə saxlamaq çətindir. Bəli onlar üçün bizimlə hansısa bir görüşü planlaşdırmaq ağır bir işdir. Lakin düşünürəm ki, onlar öz ölkələrinin problemlərini çoz asan yolla həll edə bilərlər.

 

Biz, İranla düşmənçilik etmək istəmirik və bunun tərəfdarı da deyilik. Lakin onlar bizimlə düşmənçilik edirlər və buna görə də çox peşman olacaqlar. Hesab edirəm ki, onların görə biləcəyi yeganə iş odur ki, bizimlə təmasa girsinlər və ya kimsədən istəsinlər ki, bu əlaqənin yaranmasında onlara kömək etsin. Bizim aramızda müxtəlif irtibat kanalları var və biz asanlıqla bir-birimizlə təmasda ola bilərik” -deyə, ABŞ prezidenti Donald Tramp İranla münasibətlər barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xiyavda milli fəal həbs edilib

2022-12-08

gun az article

Azərbaycanlı fəala işgəncə verilərək məcburi etiraf alınıb

2022-12-08

gun az article

Tələbə hərəkatının fəalı Məhəmməd Şəbahəti saxlanılıb

2022-12-08

gun az article

Təbrizdə həbs edilən xanım fəal Nojan Bəzzazzadə barədə məlumat verilmir

2022-12-08

gun az article

Güneyli fəal Səid Əhmədinəsəb qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-12-08

gun az article

“Xudafərin körpüsünün hər iki tayında Azərbaycan bayrağı dalğalanacaq”-Əhməd Obalı-VİDEO

2022-12-08

gun az article

“Görüş”də müzakirə: “Azərbaycan Demokrat Firqəsinin apardığı islahat” və “İrandakı etirazların daxili təzadları” -VİDEO

2022-12-08

gun az article

Milli fəal Elyar Qafari müvəqqəti azad edilib

2022-12-08

gun az article

İranda edama məhkum edilən azərbaycanlı işgəncə edilib

2022-12-07

gun az article

Həmədanda 18 yaşlı xanım bloger həbs edildi

2022-12-07

gun az article

“Bəsic”lə “bəluc”un fərqini bilməyənlərin Güney Azərbaycan davası və ya dar ağacından çörək ağacına...-Çingiz Özgür yazır

2022-12-07

gun az article

Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir

2022-12-07

gun az article

İranda qaşqay türklərinə təzyiqlər davam edir

2022-12-07

gun az article

“Özümüz”: “İranda son gəlişmələr və Azərbaycan-İran münasibətləri” - VİDEO

2022-12-07

gun az article

Saleh Fərhadi müvəqqəti azadlığa buraxılıb

2022-12-07

gun az article

Milli fəal Tohid Əmirəmini şərti azadlıqdan imtina edib

2022-12-07

gun az article

Tələbə hərəkatı fəalı Təbriz zindanında aclıq aksiyası keçirir

2022-12-07

gun az article

İranda azərbaycanlı ailəyə edam və ağır həbs cəzası verilib

2022-12-07

gun az article

Zəncanlı mədəni fəal Saleh Fərhadi həbs edilib

2022-12-06

gun az article

Bostanabadın tarixi Ocan qalası məhv edilir

2022-12-06