SON XƏBƏRLƏR

Tramp: “Orta Şərqdə baş verən hər bir problemin arxasında İran dayanır”

2021.10.20, 07:36
Tramp: “Orta Şərqdə baş verən hər bir problemin arxasında İran dayanır”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp martın 13-də Kaliforniya əyalətinin San Dieqo hava bazasında əsgərlər qarşısında çıxış edərək, İranın Orta Şərq regionunda baş verən olaylardakı dağıdıcı rolundan və rəsmi Tehranın nüvə silahına yiyələnməyə cəhdindən danışıb.

 

Tramp bildirib ki, bölgədə və Orta Şərq regionunda mövcud olan hər bir problemin arxasında İranın barmağı var: “Bu gün, Orta Şərqdə baş verən hər bir problemin arxasında İran dayanır. Hazırda biz İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün müttəfiqlərimizlə danışıqlar aparırıq. Biz, İranın beynəlxalq terrorizmə dəstəyinin və bütün dünyada qan axıdılmasının qarşısını almaq istəyirik.

 

Təəssüflər olsun ki, bu gün biz Orta Şərqin harasına gediriksə, İranın mövcud problemlərin arxasında olmasının şahidi oluruq. Lakin biz bunun qarşısını alacaq, bundan sonra İranla daha yeni bir üsulla davranacağıq”.

 

ABŞ prezidenti öz çıxışınd Qərbin İranla imzaladığı nüvə sazişini də tənqid atəşinə tutub: “Hesab edirəm ki, bu bizim İranla imzaladığımız ən pis sazişlərdən biridir. İranla nüvə razılaşması imzalanmasından sonra görəsən biz  bu ölkəyə niyə 150 milyard dollar pul verdik. Hesab edirəm ki, bu heç də düzgün addım deyildi”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar