Türk dilində təhsilə qoyulan qadağaya etiraz olaraq minlərlə Bildiriş paylanılıb – Xoy şəhərində

30.10.2019, 09:02

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində türk dilində təhsilə qoyulan qadağaya etiraz olaraq minlərlə bildiriş paylanılıb.

 

Oktyabrın 29-da şəhərin müxtəlif məntəqələrində yerli milli-mədəni fəallar tərəfindən paylanılan bildirişlərdə məktəblərdə türk dilinə qoyulan qadağaya kəskin etiraz edilib.

 

“İran mərkəzi hökumətinin aldadıcı planları və eyniləşdirmə siyasəti qeyri-fars millətlərinin ana dilinin tədris olunmasına şərait yaratmayacaq. Ana dilinin tədris olunması bəhsi yalnız təbliğat etmək məqsədi güdür. Bu plan əhalinin seçkilərdə iştirak etməsinə yönəlib.”- deyə bildirişdə qeyd olunub.

 

Bu günədək İranda ana dilində təhsil almaq hüququnu müdafiə edən bir çox fəal, xüsusi ilə də güney azərbaycanlı milli-mədəni fəallar rejimin müxtəlif təzyiqlərinə məruz qalıb. Onlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, işgəncə edilib və ağır həbs hökmləri ilə üzləşiblər. Bu istiqamətdə fəaliyyət göstərən bir neçə dərqi, qəzet, hətta nəşr evləri də rejim tərəfindən bağlanılıb, həmin mətbuat orqanlarının məsulları məhkəmə hökmü ilə cəzalandırılıb.

 

Soydaşlarımız türk dilinə tətbiq edilən qadağaya görə hər zaman İran rejiminə etiraz bildirib, bunun üçün bildiriş yaymaq, türk dilində kitablar paylamaq, stadionlarda şüar səsləndirmək, divarlara şüar yazmaq və s. kimi vasitələrdən istifadə ediblər.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Blinken ABŞ-ın Rusiya ilə müəyyən sahələrdə təmaslara hazır olduğunu açıqlayıb

2022-12-09

gun az article

BMT-dən Ukrayna açıqlaması - Bu, fəlakətə səbəb olacaq

2022-12-09

gun az article

İtaliya İranda aksiyada iştirak edən şəxsin edam edilməsindən hiddətlənib

2022-12-09

gun az article

Stefan Düjarrik: “BMT İranda edamları dərhal dayandırmağa çağırır”

2022-12-09

gun az article

Hikmət Hacıyev: "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır"

2022-12-08

gun az article

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Laçın yolundakı son qanunsuz fəaliyyətlərlə bağlı məlumatlandırıb

2022-12-08

gun az article

İranda öldürülən etirazçı sayı 475-ə çatdı

2022-12-08

gun az article

“Utelsat” İranın “Press TV” kanalının yayımını dayandırır

2022-12-08

gun az article

Zelenski İran PUA-larını zərərsizləşdirən hərbi pilota "Ukrayna qəhrəmanı" adını verib

2022-12-08

gun az article

Zəfər paradı dünyaya verilən aydın mesaj idi - Deputat

2022-12-08

gun az article

ABŞ Senatı İrana qarşı yeni sanksiya layihəsini təsdiq edib 

2022-12-08

gun az article

İranda daha iki məhbus edam edilib

2022-12-08

gun az article

"Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi İrana mesajdır"-Hərbi ekspert-VİDEO

2022-12-08

gun az article

Avropa İttifaqı Azərbaycana 2 milyard avro ayıracaq

2022-12-08

gun az article

Dekabrın 7-i gecə saatlarında İranda etiraz aksiyaları davam edib

2022-12-08

gun az article

Ermənistanın müdafiə naziri Rusiyaya getdi

2022-12-08

gun az article

Türkiyə ordusu Suriyadakı kürd qruplaşmasına ultimatum verdi

2022-12-08

gun az article

Separatçı Vitali Balasanyan Xocalıda Azərbaycan nümayəndə heyəti ilə görüşdə iştirak edib

2022-12-08

gun az article

Azərbaycanın daha 4 nominasiyasının UNESCO-nun qeyri-maddi irs siyahısına salınması gözlənilir

2022-12-08

gun az article

Avropa İttifaqının xüsusi nümayəndəsi Ermənistana gedir

2022-12-08