SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan münasibətləri Türkiyə mətbuatında

2021.10.20, 07:36
Türkiyə-Ermənistan münasibətləri Türkiyə mətbuatında

Gunaz.tv
Türkiyə qəzetləri bu ölkə ilə Ermənistan arasında olan münasibətlərə dair yeni məsələlərin üzə çıxmasına diqqət verməkdədir. Daha bir çizgi Oktay Ekşi («Hürriyet» qəzetinin baş yazarı) Dünən günə Türkiyə ilə Ermənistan arasında parafə edilən iki protokolla başladıq. İki protokol var-ancaq gurultusu və nəticələri o qədər də asanlıqla sakitləşəcək kimi deyil. Çünki ya Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibət yaradılmasına və eyni zamanda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin pozulmasına-ya da hər şeyin bərbad olmasına səbəb olacaq. Ermənistan altına imza atdığı sazişi tanımasa belə-bunun əhəmiyyəti yoxdur. Ermənistan əvvəllər müzakirəsini belə qəbul etməyə razı olmadığı «soyqırım»ın «müzakirə edilə biləcək» bir məsələ olduğunu qəbul edirmiş. Bir komissiya yaradılıb bu məsələ üzərində 3-5 il işlənilə bilər. Bəlkə biz də bir neçə il bu soyqırım böhtanını eşitmərik. Ancaq ona qədər Türkiyə-Ermənistan sərhədi açılacaq-yəni, Türkiyənin Ermənistana qarşı istifadə edə biləcəyi ən böyük kart əlindən çıxacaq. Sadəcə «soyqırım» məsələsində deyil-əslində bu kart Dağlıq Qarabağ bölgəsinin təkrar Azərbaycana qaytarılması üçün də həyati əhəmiyyət daşıyırdı. Azərbaycanla bizim bilmədiyimiz bir razılıq əldə edilibsə-buna bir söz deyə bilmərik. Hətta hökuməti təbrik edə bilərik. Onu da çox keçmədən öyrənərik. Çünki Azərbaycan prezidenti İlham Əliyev reaksiyasını gizləməyn bir adamdır. Ancaq görürük ki, bu protokol Qərbli dostlarımızın(!) Türkiyəyə etdiyi təzyiqlər nəticəsində imzalanmışdır. Üstəlik, Türkiyə Ermənistanla münasibətlərində «Qarabağ məsələsinin həllini» ön şərt kimi görməkdən vaz keçdiyini bu prtokolla elan etmişdir. Demək, məşhur qırmızı xətlərdən biri də zibilliyə getdi. Dilim-başıma geydirər kilim Mehmet Yılmaz («Hürriyet») Ermənistan ilə «mehriban qonşuluq münasibətləri çərçivəsində diplomatik əlaqələr yaradılmasını» nəzərdə tutan protokolun imzalanması mühüm bir gəlişmədir. Bu protokolla Türkiyə Ermənistanı tanımaq məsələsindəki narahatlığını geriyə çəkir. Ermənistan da konstitusiyasında tanımadığını elan etdiyi sərhədləri qəbul edəcək və soyqırım iddialarını araşdırmaq üçün yaradılan tarix komissiyasında iştirak edəcək. Bu durumda Türkiyə «Dağlıq Qarabağ problemi həll edilmədən sərhədi açmaram» - fikrindən də vaz keçir. Necə ki, dünən Sarkisyan da Türkiyə ilə dialoqun Dağlıq Qarabağ məsələsini əhatə etmədiyini açıqladı. Hökumətin içəridə və qıraqda başını ən çox ağrıdacaq olan məsələ də budur. Xatırlayacaqsınızsa-baş nazir Rəcəb Tayyip Ərdoğan Ermənistan ilə münasibətlər yaradılacağına dair xəbərlər çıxanda «küsən» Azərbaycanın könlünü almaq üçün Bakıya getmiş və parlamentdəki çıxışında «Dağlıq Qarabağ məsələsi həll edilmədən sərhədi açmayacağıq» - sözü vermişdi. «Dilim-başıma geydirər kilim» - Anadolu zərb-məsəli bir daha təsdiqlənir. Baş nazirin bundan özünə bir dərs çıxarıb danışmazdan əvvəl yaxşı düşünməsini və ağzından çıxan sözü qulağının eşitməsini bir dəfə də ona xatırlatmaq istəyirəm. İndi sazişin Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsinə qədər keçəcək olan 6 həftəlik müddətdə baş nazirin nələr deyəcəyini kim bilir? Əlbəttə ki, xarici işlər nazirliyi məmurlarının bunun qarşısını almağa gücü çatmayacaqdır. İş xarici işlər naziri ilə prezidentin boynuna düşür. Allah köməkləri olsun. İşləri çətin-həm də çox çətindir. İndi də «erməni layihəsi» gündəlikdədir Mehmet Alə Birand («Posta») «Erməni layihəsi» ilə bağlı xəbər gələn kimi öz-özümə «Demək, düzü bu imiş» - dedim. Srağagün gecə verilən açıqlamanın tarixinə baxsanız-nə demək istədiyimi daha yaxşı anlayacaqsınız. Tarix: 7 fevral 2009. Yəni, bu açıqlama fevraldan bəri rəfdə saxlanılır və Bakının könlünün alınmasına çalışılırmış. Xatırlayacaqsınız ki, «erməni layihəsi» ilk dəfə 2008-ci ilin axırı - 2009-cu ilin əvvəlində gündəliyə gəlmişdi. İsveçrənin vasitəçiliyi ilə həyata keçirilən müzakirələr nəticəsində hazırlanan bir protokol açıqlanmağa hazırlaşılanda Bakı üsyan etmşdi. Əliyev elə bir sərt reaksiya göstərmişdi ki, işin üstü əlimyandı ilə örtülmüşdü. Bunun sadə bir səbəbi vardı. Azərbaycanlı qardaşlarımıza heç kim düzgün məlumat verməmişdi. Xarici işlər nazirliyi Bakının proseslərdən xəbərdar olduğunu desə də, azərbaycanlılar bunu qəbul etməmişdi. İndi Bakıdan gələn açıqlamalar baxanda Əliyevin belə bir işin görülməsini qəbul etidiyini görürük-ancaq məsələ sərhədlərin açılmasına gələndə hələ də etirazı var. İlk dəfə CNN Türk kanalının ələ keçirib elan etdiyi protokolun tam mətni Türkiyə-Ermənistan sərhədinin, protokolun hər iki ölkə parlamentlərində qəbul edilməsindən 2 ay sonra açılmasını nəzərdə tutur. Elə isə azərbaycanlılar sərhədin açılmasını Qarabağ probleminin həllinə bağlayırlar. Ermənilər isə tam tərsinə - «Türklərlə dialoqun Qarabağla əlaqəsi yoxdur»- təkidini davam etdirirlər. Son açıqlamanın ən boz, ən qeyri-müəyyən bölümü də budur. Qeyri-müəyyənliyi artıran ünsür də-xarici işlər naziri Davutoğlunun NTV-yə verdiyi müsahibədə sərhədlərin açılmayacağını deməsidir. Böyük ehtimalla bu protokol Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək. Sonra Qarabağ məsələsi həll edilənə qədər gözlənəcək və ya Məclis Qarabağ məsələsini də protokola əlavə edəcək. İndi bu mənzərəyə baxıb «Nə oldu? Döndük-dolaşdıq, yenə geriyə-eyni nöqtəyə gəldik» - deyə bilərsiniz. Ancaq deməyin çünki işin bu mərhələyə qədər gəlməsi belə son dərəcə önəmlidir. Son dərəcə önəmli bir addım atılmışdır. İmkan verin parlamentlərdə müzakirə edilsin: Ermənistan ilə münasibətlərin yaxşılaşması ehtimalını ictimaiyyət də qəbul etsin. Ermənilərin də bu normallaşmanı nə dərəcədə qəbul edə biləcəklərini görək. Sonra qərar qəbul edərik. Bilməliyik ki, Ermənistan ilə əsas problemimiz olan «soyqırım» iddialarını həll edə bilməsək belə, münasibətlərimizi normal bir səviyyəyə gətirmək həm biz, həm də ermənilər üçün önəmlidir. Türkiyə doğru yolda irəliləməkdədir. Aman, diqqət! Güngör Mengi («Vatan» qəzetinin baş yazarı) Türkiyə çətin, ancaq dəstək verilməsi lazım olan bir prosesə girdi. Hədəf-Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistanla 16 il əvvəl kəsilən münasibətlərin yenidən yaradılmasıdır. Bu məqsədlə hazırlanmış protokolun açıqlanması Qərbdə razılıq, Azərbaycanda narahatlıq yaratdı. Çünki ilin əvvəlinə qədər Türkiyənin sərhədi açması kimi Azərbaycan iqtidarının istəmədiyi «vahiməli» bir gəlişmənin reallaşması təhlükəsi vardır. Proses ABŞ prezidenti Obamanın apreldə Türkiyəyə gəlməsi ilə başladı. Obama İstanbulda Türkiyə və Ermənistan xarici işlər nazirləri ilə görüşərək «münasibətlərin normallaşması üçün tərəfləri sürətlə saziş imzalamağa» çağırdı. İsveçrənin vasitəçilik etdiyi müzakirələr nəticəsində meydana çıxan razılaşma, yazda olduğu kimi, yenə köpüklü bir hiddət seli yaratması risqini daşıyır. Xatırladığınız kimi, ona görə baş nazir Ərdoğan Bakıya gedərək məclisdə çıxış etmiş və təminat vermişdi. Təminata nə oldu? Dünən Azərbaycan xarici işlər nazirliyindən verilən açıqlamada qeyd edildiyi kimi, Tayyip Ərdoğanın sözləri şübhə qəbul etməyən bir təminat ehtiva edir: «Türkiyə-Ermənistan sərhədi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal ediləndən sonra bağlanıb. Sərhədlər bu işğala son qoyulandan sonra açıla bilər. Azərbaycanlı qardaşlarımız razı olmadığı müddətcə biz bu nöqtədən irəli addım atmırıq». Prosesin simvolu olan yığma komandaların matçına görə 14 oktyabrda Türkiyəyə gələcək Ermənistan prezidenti Serj Sarkisyan dünən jurnalistlərin sualına cavabında xəbərin yaratdığı bahar havasını buza döndərən bir açıqlama verdi. «Türkiyə ilə olan problem Qarabağa bağlıdırsa-heç nəyi müzakirə etmərik»-dedi. Xarici işlər naziri Davutoğlu dünən NTV-dəki çıxışında Türkiyənin ətrafında böhran istehsal etməyən bir dairə yaratmağa çalışdıqlarını deyəndə sülhün eyni dərəcədə xoş niyyəti bölüşən iki tərəfdən ibarət olması həqiqətini unudurdu. Qonşu ölkələrlə «sıfır problemli siyasət» yolunu izləmək-bir həvəs ola bilər, ancaq həvəsiniz güclü dövlət olmağın verdiyi ehtimal edilən «sistem qurma» iddiasından qidalanırsa-uğursuzluğa məhkum olar. Adama deyərlər ki, «Bölgədə sistem quracağın yerdə - sən get əvvəlcə ölkəndəki separatçı terrorun öhdəsindən gəl». Əlbəttə, Türkiyə Ermənistanla problemlərini həll etmək üçün imkanlardan istifadə etməlidir. Ancaq bunun əvəzində qətiyyən Azərbaycanı küsdürməməli və itirməməlidir.azadlıqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar