SON XƏBƏRLƏR

Türkiyə ordusu 277 terrorçunu məhv edib

2021.10.20, 07:36
Türkiyə ordusu 277 terrorçunu məhv edib

Gunaz.tv

GünAz TV:Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 49 silahlısı məhv edilib.

 

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb. 

 

Oktyabrın 9-da başlayan "Barış bulağı” əməliyyatına hələlik 40 min əsgər və 20 minə yaxın suriyalı hərbçinin qatıldığı bildirilir. Yayılan məlumata görə, ehtiyac olacağı halda bu say artırılacaq. Bölgəyə əvvəlcədən sızan xüsusi təyinatlılar işarələri ilə hava və qurudan bombardmana rəhbərlik edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar