SON XƏBƏRLƏR

Türkiyə saytında dərc olunan məqalədə qeyd olunub: “İran Təbrizin bir yumruğu ilə dağılacaq”

2021.10.20, 07:36
Türkiyə saytında dərc olunan məqalədə qeyd olunub: “İran Təbrizin bir yumruğu ilə dağılacaq”

Gunaz.tv

GünAz TV: Türkiyə Milliyyətçi Hərəkat Partiyasının mətbuat orqanı olan “Türkgün” saytında Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan və onu müşayiət edən yüksək rütbəli siyasi-iqtisadi nümayəndə heyətinin Tehrana rəsmi səfəri barədə məqalə dərc olunub.

 

Dr. Elnur Paşanın qələmə aldığı məqalədə İran rəhbərliyinin işğalçı ölkənin baş nazirini belə bir gündə Tehranda qarşılaması kəskin pislənilib, N.Paşinyanın səfəri çaqqal səfərinə bənzədilib.

 

Məqalədə İran rejiminin anti-Azərbaycan davranışları və azərbaycanlıların hissiyatına qarşı addımları təhlil olunaraq bu işlərin nə ilə sonuclanacağı barədə fikir irəli sürülüb. Bildirilib ki, İranın Azərbaycana qarşı apardığı siyasət ona baha başa gələcək və sonda Təbrizin bir yumruğu ilə dağılacaq.

 

Dr. Elnur Paşa Beynəlxalq əlaqələr üzrə mütəxəssisdir. O Türkiyənin əslən Azərbaycandan olan məşhur jurnalistlərindən biridir. Onun “Türkgün” saytında müxtəlif yazıları dərc olunur.

 

https://turkgun.com/irevandan-gelen-cakal/?fbclid=IwAR3g2jU5PpOSWsgL851Y_giJVCW3dX-kZK-V5lev_u7Y4eVHG1k7iHCnX5c

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar