SON XƏBƏRLƏR

Türkiyədə daha bir nəfər “Ergenekon”a görə tutuldu

2021.10.20, 07:36
Türkiyədə daha bir nəfər “Ergenekon”a görə tutuldu

Gunaz.tv
Türkiyədə daha bir nəfər “Ergenekon”a görə tutuldu ergenekon-manset.jpg Türkiyə polisinin “”Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxardığı Işçi Partiyasının Gənclər Təşkilatının lideri Barbaros Xeyrəddin Altıntaş haqqında həbs-qətimkan tədbiri seçilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, növbətçi məhkəmə önünə çıxarılan B.X.Altıntaş həbs edilsə də, onun müavini Tunç Akkoç sərbəst buraxılıb. T.Akkoç məhkəmə salonundan çıxdıqdan sonra jurnalistlərə açıqlamasında Türkiyədə vətənsevərləri, Atatürkün prinsiplərini məhkum etmək istəyənlərin öz istəklərinə çatmadıqlarını bəyan edib:"Bu ölkədə vicdanlı hakimlər var. Bunu bir daha sübut etdilər. Artıq “Ergenekon” oyunu çöküb". Qeyd edək ki, B.X.Altıntaş bir neçə ay əvvəl həbs olunmuşdular. Iyulun 1-də həbs olunan 21 nəfərdən 4-ü isə artıq azadlığa buraxılıb. azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar