SON XƏBƏRLƏR

Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc: “Türkiyə-Ermənistan sərhədi 80 il də bağlı qala bilər”

2021.10.20, 07:36
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc: “Türkiyə-Ermənistan sərhədi 80 il də bağlı qala bilər”

Gunaz.tv

GünAz TV: “Türkiyə-Ermənistan sərhədi 18 ildir bağlıdır, ancaq 80 il də bağlı qala bilər. Bizim istədiyimiz ədalətdir, işğal olunan torpaqların azad olunmasıdır”.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc deyib.

Səfir bildirib ki, dünya dövlətlərinin bölgədəki ədalətsizliyi görməsi lazımdır: “Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) 4 qətnaməsi var. Bunlar yerinə yetirilməlidir. Bu gün Türkiyəyə təzyiq edənlər, “sərhədi aç” deyərək basqı yapanlar bu qətnamələri görmürlərmi? Türkiyə Azərbaycan torpaqlarının işğal olunması səbəbindən sərhədlərini bağlayıb. Əvvəlcə bu səbəb aradan qaldırılmalıdır. İşğal aradan qalxmayınca, sərhədlər açılmayacaq. Türk qardaşları daim Azərbaycanın yanında olacaq. Biz gücümüzü birləşdirməliyik. Aramızda hər hansı problem olarsa da, oturub səmimi şəkildə danışıb, həll etməliyik. Qardaşlar arasında problem ola bilər və onlar danışılaraq həll olunmalıdır”.

 

Səfir deyib ki, ABŞ (Amerika Birləşmiş Ştatları) Türkiyəni itirərsə, Azərbaycanı da itirmiş olacaq: “Vaşinqtonun bunu bilməsi lazımdır. Ona görə də bizim bir olmağımız lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar