SON XƏBƏRLƏR

“Türkmən səhra” sel bölgəsinə yardıma gedən azərbaycanlılar soydaşlarımızla belə həmdərdlik nümayiş etdirib – VİDEO

2021.10.20, 07:36
“Türkmən səhra” sel bölgəsinə yardıma gedən azərbaycanlılar soydaşlarımızla belə həmdərdlik nümayiş etdirib – VİDEO

Gunaz.tv

GünAz TV: Selə məruz qalan “Türkmən səhra” bölgəsinə yardım üçün gedən azərbaycanlı milli-mədəni fəallar soydaşlarımızla ürəkdən həmdərdlik nümayiş etdiriblər.

 

Bölgədə olduqları müddətində əllərindən gələni edən fəallar Azərbaycana qayıdarkən ürək sözlərini bu şəkildə dilə gətiriblər:

“Sən çağırsan gələrəm mən, sən yaşa “Türkmən səhra”

Eybi yoxdur ölərəm mən, sən yaşa “Türkmən səhra”

 Fəxr edirəm vətənimsən, sən yaşa “Türkmən səhra”

Eybi yoxdur ölərəm mən, sən yaşa “Türkmən səhra””

 

https://www.youtube.com/watch?time_continue=15&v=Q5bfi4WaBdY

 

Son günlərdə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və s. şəhərlərindən çox sayda milli-mədəni fəal türkmən bacı və qardaşlarına yardım etmək məqsədi ilə sel bölgəsinə gediblər, azərbaycanlıların təbii fəlakət bölgəsinə yardımı davam edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar