SON XƏBƏRLƏR

Tutuqlu azərbaycanlı fəal Əziz Purvəlinin vəziyyəti ağırdır

2021.10.20, 07:36
Tutuqlu azərbaycanlı fəal Əziz Purvəlinin vəziyyəti ağırdır

Gunaz.tv

GünAz TV: Oktyabrın 8-də (mehrin 16-da) tanınmış azərbaycanlı fəal cənab Əziz Purvəlinin ailəsi, onunla görüşməyə nail olub.

 

Məlumata görə, cənab Purvəli Təbriz zindanının ağır şəraiti və məmurların pis rəftarından təəssüflənib. O, bildirib ki, 90 nəfərlik bir bölümdə (bənddə) 200 nəfərdən çox məhbus saxlanılır. 30 metrlik bir otaqda 40 nəfərdən çox azərbaycanlı fəal qalır. Bir sırası isə məcburiyyət qarşısında bölümün namazxanasında qalır. Məhbusların əksəriyyəti tənəffüs sistemində yaranan problemlərdən əziyyət çəkirlər.

 

Bildirilir ki, cənab Purvəli görüşə gələrkən axsayaraq gəlib. Ondan soruşandakı niye axsayırsan? O deyib ki, bir problem yoxdur. Ancaq məlum olub ki, cənab Purvəli qürurundan işgəncə olduğunu bildirməyib.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan 30 nəfər azərbaycanlı fəaldan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar