SON XƏBƏRLƏR

SOCAR Şuşada yanacaqdoldurma məntəqəsi tikir

2021.12.20, 15:36
SOCAR Şuşada yanacaqdoldurma məntəqəsi tikir

Gunaz.tv

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, bu gün Şərqi Zəngəzurda - Qubadlı ərazisində ilk yanacaqdoldurma stansiyasıaçılıb. 

SOCAR prezidenti Şərqi Zəngəzurda işlərin davam etdiyini deyib:

"Bilirsiniz ki, Prezident İlham Əliyevin göstərişi ilə artıq azad olunmuş torpaqların qazla təmin olunması proqramına baxılır, layihələndirilir və tez bir zamanda bu işlərə də başlanılacaq. 

Düşünürəm ki, Prezident İlham Əliyevin istədiyi kimi azad olunmuş torpaqlar çiçəkli bir yaşayış məntəqələrinə çevriləcəklər. Şuşada böyük bir yanacaqdoldurma məntəqəsi tikilir, Ağdamda, Füzulidə, əsasən tikinti işləri gedən rayonlarda yanacaqla təmin olunma üçün stansiyalar artıq tikilib başa çatdırılır. 

Kapital Bankın burada filialı açılıb. İstənilən valyuta ilə buradan yanacaq almaq mümkün olacaq". (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar