SON XƏBƏRLƏR

Üç ildən sonra ilk Amerika təyyarə daşıyan gəmisi körfəzə daxil olub

2021.10.20, 07:36
Üç ildən sonra ilk Amerika təyyarə daşıyan gəmisi körfəzə daxil olub

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxmasından sonra ilk dəfə olaraq bu ölkənin “USS Jon Stennis” adlı təyyarə daşıyan gəmisi və onu müşaiyət edən reaktiv qayıqlar qrupu körfəzə daxil olub.

 

Bu 2001-ci ilin 11 sentyabrında Amerikada baş vermiş terror hücumlarından sonra ABŞ təyyarə daşıyan gəmilərinin körfəzdə mövcud olmadı ən uzun dövrün sonu kimi qəbul edilir.

 

Amerikanın öz təyyarə daşıyan gəmisini körfəzə göndərməsi rəsmi Vaşinqtonun İrana qarşı güc nümayişi sayılır. Çünki Amerikanın nüvə razılaşmasından çıxmasından sonra rəsmi Tehran dəfələrlə bəyan etmişdi ki, ABŞ İranın neft və qaz satışını sıfıra endirmək üçün bu sektora qarşı da sanksiyalar qəbul etsə, dünyanın neft traffikinin 1/3 hissəsi keçən Hörmüz boğazını bağlayacaqlar.

 

Bu istiqamətdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah-red) da əməli addımlar həyata keçirməkdədirlər. Belə ki, bir müddət öncə İran mediası Sepahın hazırda Tehran, Fars və Kirman əyalətlərindən cəlb olunmuş hərbi birləşmələr ilə birlikdə körfəzdə “böyük peyğəmbər 12” adlı taktiki hərbi təlimlər keçirdiyi barədə məlumatlar yaymışdı.

 

“Associated Press”in verdiyi məlumata görə, Amerika eskadrası körfəzə daxil olarkən Sepah reaktiv qayıqları ilə onu təqib edib və havaya pilotsuz uçan aparat qaldırıb. Bundan başqa, Sepah Amerika eskadrasından bir qədər aralı məsafədə bir neçə raket sınağı keçirib.

 

Xatırladaq ki, rəsmi Vaşinqton ilə Tehran arasında ziddiyyət Amerikanın İrana Suriya, İraq, Livan və Yəməndə fəaliyyət göstərən terror qruplaşmalarına dəstək göstərdiyinə və yeni ballistik raket sınaqları həyata keçirdiyinə görə sanksiyalar tətbiq etməsindən sonra daha da gərginləşib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar