SON XƏBƏRLƏR

Uran alğı-satqısına dair Qazaxıstanla İran arasında gizli razılaşma əldə olunduğu üzə çıxıb

2021.10.20, 07:36
Uran alğı-satqısına dair Qazaxıstanla İran arasında gizli razılaşma əldə olunduğu üzə çıxıb

Gunaz.tv
GünAzTv:

Bakı – APA. İran Qazaxıstandan təmizlənmiş uran filizi almaq üçün bu ölkə ilə razılığa gəlmək üzrədir. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın “Associated Press” agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyi üçün hazırlanan gizli sənədə istinadən məlumat yayıb. Bu məxfi informasiyaya əsasən Qazaxıstandan İrana 450 milyon dollar dəyərində 1350 ton təmizlənmiş uran konsentratının göndərilməsi barədə razılıq əldə edilib. Müvafiq müqavilənin bir neçə həftə ərzində imzalanması nəzərdə tutulub. “Associated Press” xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri İranın uran ehtiyatlarının tükənmək üzrə olduğu və nüvə proqramını davam etdirmək üçün Tehranın yeni axtarışlara başlaya biləciyi barədə xəbərdarlıqla çıxış etmişdilər. Hazırda İrandakı nüvə obyektləri ötən əsrin 70-ci illərində Cənubi Afrikadan gətirilmiş xammalla çalışır. Lakin 2008-ci ilə olan məlumata görə, Tehran bu ehtiyatın üçdə ikisindən istifadə edib. Qazaxıstandan alınacaq 1350 tol uranla 150-yə yaxın nüvə başlığı hazırlana bilər. BMT Təhlükəsizlik Şurasındakı mənbələr hazırda vəziyyəti aydınlaşdırmaq üçün Qazaxıstanla danışıqlar aparıldığını bildiriblər. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Yan Kelli bəyan edib ki, İranla Qazaxıstan arasında belə bir müqavilənin imzalanması İrana qarşı BMT sanksiyalarının kobud şəkildə pozulması demək olacaq. Qeyd edək ki, İran ərazisində uranın zənginləşdirildiyi iki zavod fəaliyyət göstərir. Rəsmi Tehran ölkənin nüvə proqramının dinc xarakter daşıdığını bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar