SON XƏBƏRLƏR

Suriyada İranın təmsilçi qüvvələri naməlum PUA-nın hücumuna məruz qalıb

2021.11.20, 13:30
Suriyada İranın təmsilçi qüvvələri naməlum PUA-nın hücumuna məruz qalıb

Gunaz.tv

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, Suriyanın Əlbukamal və Deyrəzzur məntəqəsinin şərqində yerləşən İrana bağlı muzdlu silahlıların komandanlıq qərargahı və onlara məxsus silah-sursat anbarları hədəfə alınaraq məhv edilib.

Yayılan məlumata əsasən, hava zərbələri nəticəsində bir neçə güclü partlayış səsi eşidilib, hər iki məntəqədə qara tüstü havanı bürüyüb.

Mərkəzi qərargahı Londonda yerləşən Suriyanın İnsan Haqlarına Nəzarət Qrupu İrana bağlı muzdlu qüvvələrin hərbi mövqelərinə hava zərbələri endirilməsini təsdiqləsə də, pilotsuz uçuş təyyarəsinin hansı ölkəyə məxsus olması və hava zərbələri nəticəsində ölənlərin olub-olmaması barədə hər hansı bir mlumat yaymayıb. 

Yayılan bəzi məlumatlarda isə Suriyada SEPAH terror təşkilatının “Qüds” briqadaına bağlı yarımhərbi qüvvələrə qarşı hücumun İsrailə məxsus PUA tərəfindən həyata keçirildiyi təxmin edilir. 

قصف-على-مواقع-إيرانية-في-البوكمال-دير-الزور

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar