SON XƏBƏRLƏR

“Urmiya 90” komandasının Qaşqay türklərindən olan oyunçusundan “Barış pınarı” əməliyyatına dəstək

2021.10.20, 07:36
“Urmiya 90” komandasının Qaşqay türklərindən olan oyunçusundan “Barış pınarı” əməliyyatına dəstək

Gunaz.tv

GünAz TV: Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı başlatdığı hərbi əməliyyat İranda bütün türklər tərəfindən dəstəklənir.

 

Bu istiqamətdə “Urmiya 90” futbol komandasının qapıçısı Mehdi Xosrəvi İnstaqram səhifəsində post paylaşıb. Qaşqay türklərindən olan futbolçu Tehranın “İstiqlal” komandasının kürd kökənli oyunçusu Voriya Qəfuriyə xitabən bildirib: “Cənab Qəfuri Türkiyə və Ərdoğanın kürdlə problemi olsaydı, o zaman milyonlarla mühacir kürdü öz ölkələrinə buraxmazdılar. Onlara öz ana dilində təhsil hüququ verməzdilər. Türkiyə terrorçularla mübarizə aparır, terrorçunun irqi yoxdur. Qeyrətiniz varsa, bir zərrə də insanlığınız qalıbsa, özünüz başa düşərsiniz.”

 

Səhifəsində Türkiyə bayrağını da yayan Mehdi Xosrəvi türk dilində böyük xətlə yazıb: “Yaşasın türk milləti”

 

 

Bundan əvvəl Voriya Qəfuri Suriyanın şimalındakı terrorçulara haqq qazandıraraq Türkiyəni kürdləri qətliam etməkdə günahlandırmışdır. O səhifəsində paylaşdığı postda kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsinə ad verdikləri “Rojava” sözündən də istifadə etmişdir.

 

 

Mövzu ilə bağlı “İstiqlal” klubu da öz rəsmi səhifəsində kürd və fars dillərində bir post paylaşıb. Klub kürddilli oyunçusu Voriya Qəfuriyə haqq qazandıraraq Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatını pisləyib.

 

 

Kürd terror qruplaşmalarına dəstək verənlərə heç bir reaksiya verməyən İran Futbol Federasyası isə bir gün əvvəl Türkiyə bayrağını İnstaqram səhifəsində yayan “Traxtur” komandasının oyunçusu Mehdi Bəbrini cəzalandırıb. Federasiya “Traxtur” oyunçusunun futbolla bağlı fəaliyyətinə növbəti xəbərdarlığa qədər qadağa tətbiq edib.

 

İranda hökumət rəsmiləri və tanınmış şəxslərin Suriyanın şimalındakı PKK/YPG-PYD terror qruplaşmalarına dəstək verərək Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatını pisləməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Güney azərbaycanlılar ölkədə terrorla mübarizəyə ikili münasibət göstərilməsinə etiraz bildirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar