SON XƏBƏRLƏR

Urmiyədə bədən orqanlarının bağışlanması bir neçə nəfəri ölümdən qurtarıb

2021.10.20, 07:36
Urmiyədə bədən orqanlarının bağışlanması bir neçə nəfəri ölümdən qurtarıb

Gunaz.tv

GünAz TV: Urmiyədə iki azərbaycanlı ailə əzizlərinin bədən orqanlarını ehtiyacı olan xəstələrə bağışlamaqla bir çoxlarına insani və nəcib dəyərləri aşılamağı bacarıblar.

 

Məlumata görə, Xomeyni Tibb Mərkəzində beyin ölümünə düçar olmuş iki nəfərin bədən orqanları ailə üzvlərinin icazəsi ilə bir neçə xəstəyə bağışlanıb, onlar bunun nəticəsində ölümdən qurtulub.

 

Bu barədə Urmiyə Tibb Universitetinin dosenti cənab Tağızadə jurnalistlərə məlumat verib.

 

“Urmiyədə 10 və 11-ci bədən orqanı bağışlama faktı yanvarın 21-də Xomeyni Tibb Mərkəzində qeydə alınıb. Mərhum Yusif Abdullahi və Zəhra İsmayıllının ailə üzvləri, əzizlərinin bədən orqanlarının ehtiyacı olan xəstələrə köçürülməsinə razılıq verdilər”- deyə o bildirib.

 

Doktor Tağızadə əlavə edib ki, Yusif Abdullahi Urmiyə sakini olub, o 53 yaşında vəfat edib. 51 yaşında dünyasını dəyişən Zəhra İsmayıllı isə Xoy şəhərinin sakini olub. Kişi ürək çatışmazlığı, qadın isə beyin qanaxması səbəbindən beyin ölümünə düçar olub. Onların böyrəkləri ailələri razılıq verdikdən sonra pulsuz şəkildə Urmiyədə 4 xəstəyə köçürülüb. Qaraciyər, ürək və toxumaları isə istifadə etmək üçün Tehran və Şiraz şəhərlərinə göndərilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar