SON XƏBƏRLƏR

Urmu Gölü Kampaniyası İran rejimini çaşbaş salıb

2021.10.20, 07:36
Urmu Gölü Kampaniyası İran rejimini çaşbaş salıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda Urmu Gölü Kampaniyası dəstək yığıncağına göstərilən ilgi İran rejimini çaşbaş salıb. Kampaniyadan vahiməyə düşən İran rejimi dəstək yığıncağını önləmək üçün yeni tədbirlər almağa başlayıb.

 

2010-cu il mart ayının 31-dən (1389-cu il fərvərdin ayının 11-i) Güney Azərbaycanda İnternet sürəti həddindən artıq aşağı düşüb. Urmu şəhərinin bəzi İnternet şirkətləri isə bildiriblər ki, ümumiyyətlə İnternet xətləri kəsilib.

 

Güney Azərbaycanın bütün bölgələrində sabah aprel ayının 2-də (fərvərdinin 13-ü) keçiriləcək Urmu Gölü Kampaniyası dəstək yığıncağına xüsusi rəğbət hiss olunur. Kompaniyaya qoşulanların sayının çox yüksək olacağı gözlənilir.

 

Urmu Valiliyi və SEPAHına (İran İslam İnqilabının Keşikçilər Korpusu) öz yaxınlığı ilə seçilən "Ainanews" saytı keçenlərdə sözü gedən Kompaniyanın dəstəyində xəbər dərc etdiyinə rəğmən indi isə gəncləri separatçılara uymamağa və Kompaniyaya qoşulmamağa çağırıb. Birinci xəbəri isə saytdan götürüb.

 

Qeyd edək ki, Güney Azərbaycanı İran üzrə Superliqada təmsil edən Tıraxtur Futbol Komandasının 100000-lə tərəfdarı 2010-cu il aprel ayının 2-də (1389-ci il fərvərdin ayının 13-ü) Urmu Gölü ətrafında Kompaniya başladacaq.

Kompaniyanın məqsədi Urmu Gölünü qurumaqdan nicat verməkdir. Bu vasitəilə Gölün quruma təhlükəsi və bölgə əhalisinin nigəranlığı dünya ictimaiyyəti və İran rəsmilərinin diqqətinə çatdırılacaq.

 

Görüşümüz: 2 Aprel (13 Fərvərdin) . Urmu Gölü ətrafı (Körpü ətrafı) . saat 12

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar