SON XƏBƏRLƏR

Urmu Gölünü qurumaqdan qurtarmaq üçün azərbaycanlıların cəhdləri davam edir

2021.10.20, 07:36
Urmu Gölünü qurumaqdan qurtarmaq üçün azərbaycanlıların cəhdləri davam edir

Gunaz.tv

GünAzTv: Urmu Gölü qurumağa davam etdiyi bir halda Tehranın anti Azərbaycan məsullarının laqeyd yanaşması davam etməkdədir.

 

Tehranda oturmuş məsullar Körfəzdən Kirman çöllərinə su gətirmək istədikləri bir zamanda Urmu Gölü quruyur, ancaq bu zəmində heç bir tədbir alınmır.

 

Bölgədəki vicdanlı Azərbaycanlı məsulların isə etiraz etməkdən başqa heç nəyə gücləri çatmır.

 

Qərbi Azərbaycanın bölgə suyu şirkətinin müdir-amili Urmu Gölünün quruma məsələsini və onun yaradacağı faciələrin dərinliyini xatırlatmaq üçün uzun məsafəni piyada yeriməklə öz etirazını nümayiş etdirib.

 

Cənab Nağı Kərimi digər öz həmkarı ilə birlikdə 11 saatdan çox piyada yürüyərək Urmu Gölü ətrafında 45 kilometrlik məsafəni piyada gediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar