SON XƏBƏRLƏR

Rusiya səfiri Ukrayna ilə bağlı mövqeyinə görə İrana təşəkkür edib

2022.05.10, 05:44
Rusiya səfiri Ukrayna ilə bağlı mövqeyinə görə İrana təşəkkür edib

Gunaz.tv

Caqariyan İsfahana səfəri çərçivəsində bu şəhərdə yaşayan ermənilərin arxiyepiskopu Sipan Keşçiyanla görüşüb.

O, Rusiyanın Ukraynaya qarşı hərbi hücumunu “xüsusi əməliyyat” adlandırıb və İran hökumətinin tutduğu mövqeyi obyektiv hesab edib.

Qeyd edək ki, bundan öncə Rusiyanın Tehrandakı səfiri mətbuat konfransı keçirərək İran mediası və rəsmilərindən Rusiyanın Ukraynaya hücumunu “xüsusi əməliyyat” kimi qeyd etmələrini istəmişdi.

Bundan sonra Tehran hökumətinin nümayəndələri və İran mediası səfirin tapışırığınıyerinə yetirərək Ukraynanın işğalını “xüsusi əməliyyat” kimi qələmə verirlər.

Bununla yanaşı,  Rusiya Ukraynaya hücum etdiyi gündən bəri başda Əli Xamneyi olmaqla İran rəhbərləri, o cümlədən prezident İbrahim Rəisi Rusiyanın bu ölkəyə hücumuna görə Amerika və NATO-nu günahlandırıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar